Uzunömürlülüyün sirri nədədir? – Sumqayıtda yaşayan 108 yaşlı nənə açıqlayır (VİDEO)

1228

Sumqayıt şəhərində yaşayan Qubadlı rayonundan məcburi köçkün Məstan Əsədovanın 108 yaşı var.

O, 1910-cu ildə Qubadlı rayonunun Qaraqoyunlu kəndində anadan olub. Məstan nənə uzunömürlülüyün sirri kimi xoşbəxt ailənin qurulmasını vacib sayır. Deyir, qarşılıqlı anlaşma, səmimiyyət, sevgi və ən başlıcası, səbirli olmaq həm ailənin, həm də insanın öz ömrünü uzadır. Məstan nənə uşaqlıqdan fiziki işlə məşğul olub, necə deyərlər, həyatın bərkinə-boşuna çox düşüb. Uzun ömür sürməyini hərəkətli olmaqla, şəkərdən uzaq durmaqla və təbii qidalarla əlaqələndirən Məstan nənə nə eynək taxır, nə də əsadan istifadə edir. Üstəlik, iynə də saplayır, ev işləri ilə də məşğul olur. Deyir, indiyədək səhhəti ilə bağlı ciddi şikayəti olmayıb. Məstan nənənin beş övladı, 18 nəvəsi, 25 nəticəsi və 7 kötücəsi var. Deyir, Azərbaycan uzunömürlülər diyarıdır. Hər kəsin uzun ömür sürməsi öz əlindədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər