“Vadim, arağı az iç…” ­– Anasına əsəbiləşdi, tanışının qanını tökdü – SUMQAYITDA

1298

Sumqayıt şəhərində adam bıçaqlamaqda təqsirli bilinən 1971-ci il təvəllüdlü Vadim Kobkanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vadim Kobka 9 iyul 2018-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşadığı evdə televizorun antenasında yaranmış pozuntunu aradan qaldırmaq məqsədilə dəvət etdiyi tanışı Viktor Karpyukla yeyib içib.

Bu zaman Vadim Kobkanın anası Svetlana Malaniya oğluna mütəmadi spirtli içki işməsinə irad bildirib. Ana və oğul arasında mübahisə yaranıb, Vadim Kobka anasının üstünə qışqırıb.

Svetlana Malaniya oğlunun əsəbiləşdiyini görüb və evdən çıxaraq həyətə düşüb.

Anasına qarşı etdiyi hərəkətə görə Viktor Karpyuk Vadim Kobkanı məzəmmət edib. Onların arasında mübahisə yaranıb. Vadim Kobka stolun üstündən bıçağı götürüb və Viktor Karpyukuyə bir neçə zərbə vurub.

Viktor Karyuku vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vadim Kobkanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vadim Kobka 4 il azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vadim Kobka apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, ədalətli cəza təyin olunmasını xahiş edib.

Apelyasiya şikayətini onunla əsaslandırıb ki, onun barəsində hökm çıxarılarkən 2-ci qrup əlil olmasını, himayəsində yaşlı və xəstə anasının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını nəzərə almadan ona çox ağır cəza təyin edilib.

Vadim Kobkanın şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə Vadim Kobkanın apelyasiya şikayəti qismən təmin olunub.

Onun cəzası 3 ilə endirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər