Vaqif Əliyev sakinlərin suallarını cavablandırıb

1032

vaqif eliyevOktyabr ayından etibarən Sumqayıtın rəhbər şəxsləri ilə şəhər sakinləri və ümumilikdə ictimaiyyət arasında birbaşa elektron əlaqənin təşkili və şəffaf ünsiyyət sisteminin yaradılması məqsədilə müntəzəm internet-forumlar təşkil ediləcəyi ilə bağlı məlumat vermişdik və bir neçə müddətdir ki, 2 internet səhifədə – “www.sumqayitxeber.com” və “www.sumqayit-ih.gov.az” da yerləşdirilmiş keçid vasitəsilə şəhər sakinləri Forumun ilk qonağı -Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyevə öz suallarını göndərirdilər. Artıq Forum başa çatmışdır və Sumqayıt ŞİH-in başçısı Vaqif Əliyev sualların bir neçəsini cavablandırıb.
“sumqayitxeber.com” saytı sualları və cavabları sizing diqqətinizə çatdırır:

Salam hörmətli Vaqif müəllim, Sizi və bütün sumqayıtlıları şəhərimizin 60 illiyi münasibətilə təbrik edirəm. əsas yubiley mərasimi nə vaxt keçiriləcək və bayram tədbirində necə iştirak etmək olar?
Türkan Xəlilova,

Hörmətli, Türkan Xəlilova! Təbrikinizə görə təşəkkür edirəm. Sumqayıt şəhərinin yubiley tədbirlərinə 2009-cu ilin əvvəlindən başlanılıb, ötən müddətdə rəngarəng konsertlər, müxtəlif sahələrdə müsabiqələr, sərgi və konfranslar keçirilib. Bildiyiniz kimi, Sumqayıt şəhər statusunu 1949-cu il 22 noyabr tarixində alıb. Buna görə də 60 illik yubileyi çərçivəsində əsas tədbirlər 22 noyabr ərəfəsində keçiriləcək. Gün ərzində şəhərin müxtəlif yerlərində bayram şənliklərinin, o cümlədən Heydər Parkında yubiley sərgisinin, S.Vurğun adına Mədəniyyət Sarayında rəsmi tədbirin, sarayın qarşısında isə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər bir şəhər sakini kütləvi bayram tədbirlərində nəinki iştirak edə bilər, məncə hər bir sumqayıtlı fəallığı ilə doğma şəhərinin bayramına öz töhfəsini verməlidir. Yubiley tədbirlərinin proqramı barədə əvvəlcədən ictimaiyyətə mətbuat və televiziya kanalları vasitəsilə məlumat veriləcəkdir. Fürsətdən istifadə edərək, mən bütün sumqayıtlıları yubiley münasibətilə təbrik edirəm və il ərzində olduğu kimi, bayram şənliklərində də fəal iştirak etməyə dəvət edirəm.
Hörmətli Vaqif müəllim. Mən sizi salamlayıram və Sizinlə birbaşa ünsiyyət imkanı yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəhərin nəqliyyat sisteminin yaxşılaşdırılması istiqamətində gördüyünüz işləri alqışlayırıq. 7 saylı marşrut üzrə yeni iritutumlu avtobusların istifadəyə verilməsi problemləri qismən aradan qaldırsa da, sürücülərin avtobusu dayanacaqdan kənar saxlamaları və lazımi sayda dayanacaqların mövcud olmaması hələ də bu sahədə sərnişinlərin çətinliklə üzləşməsinə səbəb olmuşdur. Xahiş edirəm, bu istiqamətdə lazımi tədbirlərin görülməsi üçün göstəriş verəsiniz.
Şahin Cəfərov, 8-ci mikrorayon

Hörmətli Şahin Cəfərov! Qeyd etdiyiniz kimi, cari ildə Sumqayıtda şəhərdaxili, şəhərətrafı və şəhərlərarası sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. Yalnız şəhər daxilində hərəkət edən 7 saylı marşrutda deyil, həmçinin Sumqayıt-Bakı şəhərlərarası marşrutunda və Sumqayıt–Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkət edən 30 saylı marşrutda istismar müddətini başa vurmuş kiçik tutumlu mikroavtobuslar iri tutumlu müasir avtobuslarla əvəz edilmişdir. Dayanacaqlarla bağlı bildirməliyəm ki, artıq şəhər üzrə dayanacaqların dislokasiyası müəyyən edilmiş və şəhərin mərkəzi hissələrində yeni, müasir konstruksiyaya malik avtobus dayanacaqlarının quraşdırılması işinə başlanılmışdır. Cari ilin sonuna kimi ümumilikdə 65 belə dayanacağın qoyulması nəzərdə tutulub ki, bu həm nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsinə, həm də ictimai nəqliyyatdan istifadə edən sakinlərin rahatlığına xidmət edəcəkdir.
Sizin üçün 3 milyonluq gənclər və idman ordusuna rəhbərlik etmək asandır yoxsa 300 minlik şəhərə?  Vüsalə Quliyeva,
Hörmətli Vüsalə Quliyeva, maraqlı sualınıza görə təşəkkür edirəm. Yəqin ki, siz mənim Gənclər və İdman Nazirinin birinci müavini vəzifəsindəki işim ilə hazırkı vəzifəm arasında müqayisəni nəzərdə tutursunuz. Heç bir dövlət işi asan ola bilməz. Bu və ya digər dövlət vəzifəsi öz xüsusiyyətləri ilə seçilə bilər, lakin hamısı böyük məsuliyyət tələb edir.
Salam Vaqif müəllim! Şəhərimizin gəncləri üçün hansısa iş birjaları keçirilirmi?
Rauf, 13-cü mkr

Hörmətli Rauf! Şəhərdə işsiz vətəndaşların məşğulluq problemlərinin həlli üçün daimi fəaliyyət göstərən “Əmək birjası” mövcuddur (Ünvan: Səməd Vurğu küçəsi, 100). Eyni zamanda, Sumqayıtda müntəzəm olaraq əmək yarmarkaları keçirilir. Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan əmək yarmarkaları ilbəil öz miqyasını genişləndirməkdədir. Xatırladım ki, Sumqayıtda sonuncu əmək yarmarkası oktyabrın 9-da Paralimpiya İdman Kompleksində keçirilmişdir.
Hörmətli Vaqif müəllim, eşitdim ki, Sumqayıtda dahi bəstəkarımız Üzeyr Hacıbəyovun abidəsi ucaldılacaq. Bilmək istəyirəm, bu bəstəkarın yaradıcılığının Sumqayıtla bağlılığı varmı?    Eldar Ağayev,
Bəli, sentyabr ayında Sumqayıtda Üzeyir Hacıbəyovun abidəsinin təməli qoyuldu. Sumqayıt şəhərində uzun müddətdir, təxminən 40 ilə yaxındır dahi bəstəkarın adını daşıyan küçə var. Bunu nəzərə alaraq, biz məhz bu küçədə onun abidəsini ucaltmağı qərara aldıq. Xatırlatmaq istəyirəm ki, Sumqayıt yeni şəhər olduğundan burada tarixi memarlıq və mədəniyyət abidələri çox azdır. Bu boşluğu aradan qaldırmaq üçün son dövrlərdə şəhərdə bir sıra yeni mədəniyyət ünvanları yaradılmışdır. Bu sıraya Ümummilli Lider Heydər Əliyevin adını daşıyan prospektdə onun əzəmətli abidəsini, dənizkənarı mədəniyyət və istirahət parkında böyük şair Nəsiminin abidəsini, görkəmli ədib Cəlil Məmmədquluzadənin adına olan küçədə onun büstünü, Cəfər Cabbarlının abidəsinin şəhərin mərkəzi hissəsində – onun adını daşıyan küçədə qoyulmasını, şəhərin giriş hissəsində yeni salınan parkda ucaldılmış Tərəqqi monumentini, monumental şəkildə rekonstruksiya edilmiş və ətrafı abadlaşdırılmış “Qələbə” abidəsini, dahi mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan küçədə yaradılmış yeni meydanı və burada ucaldılmış abidəni aid edə bilərik. Razılaşın ki, bütün bu işlər Sumqayıtın gözəlləşməsinə, tarixi-mədəni irsinin zənginləşməsinə səbəb olmuşdur.
Vaqif m. Salam…
Men Bakida yashasam da Sumqayit ile six bagliligim var… Chunki, ushaqligim Sumqayitda kechib… Orada choxlu dostlarim var… Sumqayita her seferim de ureyim achilir. Gorduyunuz butun ishlere gore teshekkurumu bildirirem ve qurucuq ishlerin size mohkem irade ve can saligi arzulayiram.
Ceyhun Aliyev, Bakı ş.

Hörmətli forum ziyarətçisi! Xoş sözlərinizə və diləklərinizə görə minnətdaram. Səmimi təəssüratlar bizi yeni-yeni nailiyyətlərə ruhlandırır və öz işlərimizə daha məsuliyyətlə yanaşmağa sövq edir.
Vaqif müəllim, sizi salamlayıram! Sumqayıtın 60 illiyi münasibətilə sizi və bütün həmşəhərlilərimi təbrik edirəm. İndiyədək yubileylə bağlı bir sıra mühüm tədbirlər keçirilib. Soruşmaq istəyirdim ki, əsas yubiley mərasiminin keçirilməsi nəzərdə tutulubmu?
Elvira Vəlizadə, Hacı Zeynalabdin qəsəbəsi

Hörmətli Elmira Vəlizadə! Təbrikinizə görə təşəkkür edirəm. Sualınızın cavabı ilə yuxarıda (sual № 1) tanış ola bilərsiniz.
Sumqayıt hər zaman özünün yaşıllıqları ilə seçilib. Hətta şəhərin ən gözəl binalarından olan İcra hakimiyyətinin inzibati binası xalq arasında yaşıl bina adlanır. Bəs bu sahədə indi işlər necədi?
Akif Xəlilov,

Sumqayıt şəhəri çöllük bir ərazidə salındığına, həmçinin burada iri sənaye müəssisələri yerləşdiyinə görə ekoloji tarazlığın qorunması baxımından şəhərdə yaşıllıqların salınması daim prioritet məsələlərdən biri olmuşdur. 2003-cü ildən etibarən Sumqayıtda 16 hektardan çox ərazini əhatə edən 13 yeni park , 10 xiyaban salınmış və yenidən qurulmuşdur. Bu müddətdə şəhərin ayrı-ayrı yerlərində 100 minə yaxın yeni ağac əkilmişdir. Hazırda Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 26 kv. metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, yaxın perspektivdə bu göstəricinin 2 dəfə artırılaraq 50 kv. metrə çatdırılmasını qarşımıza bir vəzifə kimi qoymuşuq.
Salam Vaqif m. Sumqayitin yeni Şəhər baş plan xeritesini hazirlamişam. Kimyacilar ve Corat qesebesinin küceleri de daxil olmaqla.CD diskində. hormetle.
Adil Mehdiyev,

Hörmətli Adil Mehdiyev! Təşəbbüsünüzü təqdirəlayiq hesab edirəm. Layihəniz barədə daha ətraflı məlumat almaq, həmçinin birgə geniş fikir mübadiləsi aparmaq üçün mən sizi Sumqayıt şəhər İcra hakimiyyətinə dəvət edirəm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Habil
    Noyabr 28, 2009 - 20:12

    Vaqif muellim, 2003-cu ilden beri Sumqayitda 100000 min agac ekildiyini qeyd edir.Maraqlidir, bu 100000 agac eger “ekilibse”, bunun nechasi qurumayib ve bu gun boyumekdedir? Bes niye 2003-cu ilden ekilen agaclar sayilir? Sumqayitin tarixi 2003-cu ildenmi bashlanir? Axi Sumqayitin 60 illiyini qeyd etdiler! Bes 2003-cu ilden evvel hech agac ekilmeyib??? Bir de maraqli olardi ki, 20003-cu ilden sonra kesilen, kokunden chixarilan agaclari da bir sayan olaydi!!! Axi bu genclik sheherinde 2003-cu ilden sonra tikilen market, kafe, restoran, apteklerin yerinde 2003-cu ile qeder agaclarin oldugunu xatirlayanlar da var…

  • Edalet
    Dekabr 3, 2009 - 12:28

    2003-cu ilden beri Sumqayitda 100 000 agac ekilmesi meselesine menim de lap gulmeyim geldi. Dogrudanmi, bela reqemlere kimse inanir? Bu da 827 min ish yerinin achilmasi kimi bir statistikadir…

  • Edalet
    Dekabr 13, 2009 - 13:58

    DTV kanalinda verilen “Sumqayit bizim evimizdir” reklam rolikinde Sumqayit sh Icra Hakimiyyetine istinaden deyilir ki, 2003-cu ilden beri Sumqayitda 43000 agac ekilib. Burada ise Vaqif m. 100000 deyir…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər