Vəkil Əsabəli Mustafayev: “Avropa Məhkəməsinin qərarı hələ başlanğıcdır”

1261

Xəbər verdiyimiz kimi Avropa İnsan Hüquqları Məhkəməsi 17 dekabr 2009-cu il tarixli qərari ilə yekdilliklə Çiçək Məmmədovanın ölümü ilə bağlı dövlət orqanları səmərəli istintaq aparmadığına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu və Dövlətin ərizəçiyə mənəvi ziyana görə 20000 Avro məbləğində kompensasiya ödənilməsini müəyyən etdi.
Qərarın qəbul olunmasına münasibətini öyrənmək üçün şikayətçinin vəkili Əsabəli Mustafayevə müraciət etdik.
Sumqayitxeber.com saytına açıqlamasında Ə. Mustafayev qeyd edib ki, Avropa Məhkəməsinin qərarı hələ başlanğıcdır. : “Bir qədər sonra milli instansiyalarda bu işə yenidən baxılacaq və əminəm ki, bu dəfə günahkar məmurlar və polis işçiləri tutduqları vəzifədən asılı olmayaraq öz layiqli cəzalarını alacaqlar. Təəssüf ki, Avropa Məhkəməsi dövlət tərəfindən yalnız neqativ öhdəliyin, yəni səmərəli araşdırma aparılması və günahkarların cəzalandırması ilə bağlı öhdəliyin pozulmasını tanımışdır.”
Əsabəli Mustafayev qərarı böyük uğur hesab eləsə də Məhkəmənin pozitiv öhdəliyi pozulmasını da tanımalı olduğunu qeyd edib: “Məlum olduğu kimi hakimlərin bir qismi buna səs vermişdilər.Biz qərarın bu hissəsindən Böyük Palataya şikayət vermək niyyətindəyik və ümüd edirəm ki,orada bu istəyimizə nail ola biləcəyik, çünki orada artıq Xanlar Hacıyevin qərarın qəbuluna təsir etmək imkanları olmayacaqdır.Ümumiyyətlə isə hesab edirəm ki, bu qərar ölkəmizdə məmur və polis özbaşnalığının qarşısını müəyyən qədər alacaq faktor olacaqdır.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər