Vətən müharibəsi iştirakçısı orta məktəbin direktoru təyin olunub

399

Bizə haram düşmür. Mən ona iradımı bildirdim ki, sən uşağa niyə elə qadağa qoyursan, axı bilmirsən, o, hansı çətin vəziyyətlərə düşür. Bir də ki, qənimət niyə haram olur ki? Hətta, peyğəmbərimizin iştirak etdiyi döyüşlərdə qənimətlər əldə olunub və döyüşçülər ondan istifadə ediblər. Mirağa müəllim konkret dedi ki, kim istifadə etsə də, bizə olmaz, haramdır.

Bir müddət sonra nəhayət ki, mənim də Mirəhməd müəllimlə danışmaq şansım oldu. Danışıq müddətimiz çox qısa olsa da, mən hər şeylə maraqlanmaq istəyirdim və ondan da ərzaq və geyim təminatı ilə bağlı vəziyyəti soruşdum. Mirəhməd müəllim dedi: “Əmi narahat olma, hər şey yüksək səviyyədədir. Bütün xalqımız bu müharibədə iştirak edir və hər kəs orduya yardımçı olmağa çalışır. Könüllülərin orduya dəstəyi misilsizdir.” Mən ona atasının tövsiyyəsini xatırlatdım. Dedi: “Əmi, şükür Allaha düşmən malına ehtiyacım olmayıb, heç əlim də dəyməyib. Həm də, atamın sözü mənim üçün qanundur!” Böyük Yaradanımıza, uca Allahımıza min şükürlər olsun ki, müharibə qələbəmizlə bitdi və Mirəhməd müəllim sağ-salamat doğmalarına, el-obasına qovuşdu. Bu gün igid müəllimimizin döşündəki medallar hər birimizə fəxr və qürur hissi yaşadır.

Mirəhməd müəllimin 10 il təhsil aldığım, mənə öz evim qədər doğma olan məktəbə direktor təyin olunması xəbərini eşidəndə ilk olaraq 44 günlük odlu-alovlu, qanlı-qadalı zəfər müharibəsi zamanı Mirağa müəllimlə, Mirəhməd müəllimlə yuxarıda qeyd etdiyim danışıqları xatırladım. Zatən, Mirağa müəllimi halal, ideal dərəcədə saf, bir paklıq, düzlük, dürüstlük mücəssəməsi kimi tanıyırdım. Bir kənddə böyümüş, eyni vaxtda orta və ali məktəbdə oxumuş, tələbə yataqxanasında birgə qalmışdıq. Eyni ilə Mirəhməd müəllimin də atası kimi ideal saf bir gənc olmağına çox sevinirəm və bu təyinata bütün el-obamızın ən azı mənim qədər sevindiyinə əminəm.

Öz adımdan, mənə yaxın olan insanların adından Təhsil Nazirliyinə bu doğru, ədalətli, uğurlu təyinatına görə dərin minnətdarlığımı bildirirəm. Təkcə Təhsil Nazirliyində deyil, bütün idarəçilik strukturlarında indiki zamanda Mirəhməd müəllim kimi mənəvi cəhətdən sağlam, halalı haramdan, yalanı doğrudan, əyrini düzdən ayıra bilən şəxsiyyətlər vaxtında irəli çəkilməlidir, onlara bacarıqlarına, intellektual səviyyələrinə, idarəetmə potensialına uyğun vəzifələr etibar olunmalıdır. Onda ölkəmizin iqtisadi inkişafı, sosial ədalət prinsipi təmin olunar, insanların maddi rifah halı yaxşılaşar, vətənimiz daha da gözəlləşər, təkcə regionun deyil, dünyanın seçilən ölkələrindən olar.

Sonda Hamarat kənd tam orta məktəbinin müəllim kollektivinə, bu məktəbin bütün yetirmələrinə səslənirəm: Hamılıqla Mirəhməd müəllimə dəstək olaq, ona məktəbimizdə sağlam tədris-təlim mühiti yaratmaqda kömək edək. Əminəm ki, Mirəhməd müəllimin bacarığı, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyəti sayəsində məktəbimizin uğurları artacaq və hamılıqla sevinmək şansımız olacaq.

Feyruz Şivəxanov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər