Menu
Geri İrəli

Açar ustalarının “şəxsiyyət vəsiqəsi” tələbi – SUMQAYITDAN VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 257 dəfə • Şərh yoxdur
Share Button
acarBu sənət sahiblərinə demək olar ki, hər kəsin işi düşür. Onlar bizim aça bilmədiyimiz bütün qapıları açırlar. Ustaya yaxınlaşıb açarın surətinin çıxarılmasına ehtiyac yarandığını bildiririk. Bu zaman maraqlı mənzərəylə qarşılaşırıq. Bəli, düz eşitdiniz, şəxsiyyət vəsiqəsinin surətini  təqdim etmədən açarın surətini çıxara bilməzsiniz.
25  ilə yaxındır açar ustası işləyən Bayram Qədimalıyev “şəxsiyyət vəsiqəsi” tələbini belə əsaslandırır. Bayram usta  düzəltdiyi açarları yaxşı tanıyır. Özünün xüsusi işarəsi var ki, bunu da hər bir açara qoyur. O, işini ehtiyatlı tutduğunu və hər hansı bir xoşagəlməz halla rastlaşanda bu işarənin köməyinə çatdığını deyir. Mənzil açarının surətini çıxaran sakinlər isə ustalarına etibar edirlər. Onlar şəxsiyyət vəsiqəsinin surətinin tələb edilməsini müsbət qarşılayırlar. Hüquqşünas deyir ki, bununla bağlı qanunvericilikdə birbaşa göstəriş olmasa da, sahə müvəkkilləri həmin ustalarla profilaktik söhbətlər aparır. Çünki çıxarılan açar surətləri bəzi hallarda törədilən cinayətlərin predmetləri olur.
Göründüyü kimi, bu sahənin mütəxəssisi olmaq böyük məsuliyyət və dürüsütlük tələb edir. Çünki heç kəsin qapısı pisniyyətli insanlardan sığortlanmayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın