Menu
Geri İrəli

Azərbaycanda bəbirlər kameraya düşdü

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Yanvar 2014 • Baxış sayı: 781 dəfə • Şərh yoxdur

bebir2014-cü ilin yanvar ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyi ilə birlikdə Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirdikləri monitorinqlər zamanı foto-tələlər vasitəsilə yetkin erkək və dişi bəbirin birgə fotoşəkilləri, həmçinin video görüntüləri qeydə alınıb. 

 “Qafqazinfo” xəbər verir ki, son bir neçə ildə artıq dəfələrlə qeydə alınan bu faktlar ölkə başçısının ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi ardıcıl siyasətin davamı olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirməsindən, intensiv ekoloji maarifləndirmə işlərinin aparılmasından və nəticə etibarilə bəbirin yaşaması, çoxalması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın son illər Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlərə daha çox rast gəlinir və onların özlərini təhlükəsiz hiss edərək sərbəst yaşamaları üçün şərait  yaradılır.

Mütəxəssislərin rəyinə görə, mütəmadi olaraq aparılan monitorinqlərin nəticələri Azərbaycan təbiətinin nadir heyvan növlərinin öz areallarına qayıtması prosesinin heç də təsadüfi xarakter daşımadığını deməyə əsas verir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın