Menu
Geri İrəli

Bakıda aksiya keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 468 dəfə • Şərh yoxdur

96785Bu gün Azərbaycanda bir neçə gənclər təşkilatlarının nümayəndələri şəhərin mərkəzində etiraz aksiyası keçiriblər.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, gənclər öncə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin, sonra isə Böyük Britaniya səfirliyinin qarşısında etiraz şüarları səsləndirib. Aksiya iştirakçıları beynəlxalq qurumlardan və Avropa ölkələrindən Azərbaycana qarşı ikili standartlara, qərəzli yanaşmalara son qoymağı tələb ediblər. Gənclər “İdman yarışlarını siyasiləşdirməyin”, “İngiltərə, ikili standartlardan əl çək!”, “Rədd olsun neoimperializm”, “ “İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, Avropa Parlamenti erməni lobbisinin yalanlarını təkrarlama”, “London platformasının insan hüquqlarına nə aidiyyatı?!”, “Azərbaycanda zor yox, hüquq işləyir!” şüarlarını səsləndiriblər. Sonra aksiyanın qətnaməsi oxunub.

Aksiya dinc formada başa çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın