Menu
Geri İrəli

Bakıda qadın saatda 120 kilometr sürətlə gedən avtomobilin qarşısına çıxdı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2014 • Baxış sayı: 858 dəfə • Şərh yoxdur

yolunHər şey bir neçə saniyəyə baş verdi.

Paytaxtda yolu keçən qadın ölümdən son anda qurtulub.

Oxu.Az-a verilən məlumata görə, Bakı Dairəvi yolunun Mərdəkan ərazisində saatda 120/km ilə hərəkət edən “VAZ 21099”-un qarşısına qəflətən yolu keçən qadın çıxsa da, sürücü peşəkarlıq nümayiş etdirərək nəqliyyat vasitəsini dayandırmağa müvəffəq olub.

Görüntülərdən də müəyyən olunur ki, “VAZ 21099”-un sürücüsü sözügedən ərazidə icazə verilən sürət həddi ilə nəqliyyat vasitəsini idarə edir, lakin bu zaman onun qarşısına yolu keçən qadın çıxır. Sürücü özünü və ətrafdakıları təhlükə altına ataraq qəfil əyləcə basır və avtomobil düz qadının qarşısında dayanır. Piyada öz növbəsində həyəcanlansa da yolu keçməyə davam edir.

Yaranan vəziyyətlə bağlı sürücünün vəziyyəti pisləşir və o istirahət etmək üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın