Menu
Geri İrəli

Bakıda sürücülərə pis nümunə olan yol polisi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Aprel 2015 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur

dypDYP avtomobili piyadanın həyatına təhlükə yaradıb.

Bakıda Dövlət Yol Polisi əməkdaşının qanunsuz hərəkətləri qeydə alınıb.

Oxu.Az xəbər verir ki, avtomobilə quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə qeydə alınan görüntülərdə piyadanın həyatına təhlükə yaradan DYP avtomobili hər kəsi qıcıqlandırıb.

Belə ki, İnşaatçılar prospektində DYP-yə məxsus göy işıq və xüsusi səs siqnalı ilə işarə verməyən 10 YP 701 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil piyada keçidindən qanunla keçən bir neçə vətəndaşa yol verməyib.

Qeyd edək ki, təkcə bu ilin 3 ayı ərzində piyadaların vurulması ilə bağlı 110 hadisə baş verib. Nəticədə 50 faiz ölən (34 nəfər), 38 faiz xəsarət alan (84 nəfər) olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın