Menu
Geri İrəli

Əhməd Şəfəqin möhtəşəm Mübariz türküsü – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2015 • Baxış sayı: 617 dəfə • Şərh yoxdur

ahmet shafakBu gün Ordumuzun əsgəri Fərid Ağayevin Vətən uğrunda şəhid olması xəbəri sosial şəbəkədə məşhur türk müğənnisi Əhməd Şəfəqin Milli Qəhrəman Mübariz İbrahimovun timsalında şəhidlərimizə həsr etdiyi musiqinin paylaşılması ilə anılır.

Axar.az xəbər verir ki, Mübariz İbrahimovun şərəfli döyüş epizodlarının simvollaşdırıldığı süjetdə Əhməd Şəfəqin məşhur ifasının bu gün geniş arenada paylaşımını şərtləndirən səbəblərdən biri də 7 fevral tarixidir – sabah Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil alıb.

Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə yollanıb.

18 iyun 2010-cu il tarixində gecə saat 23:30-da gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

- See more at: http://axar.az/news/42844#ad-image-0

Facebook Şərhləndirmə:

Şərhinizi yazın