Menu
Geri İrəli

Gənc jurnalistlər sumqayıtlı Aprel qazisi haqqında sənədli film çəkiblər – VİDEO + FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2017 • Baxış sayı: 306 dəfə • Şərh yoxdur
Share Button
1508742799_22539882_1213045345468159_4373408851676593830_nBeynəlxalq Mətbuat Mərkəzində “İnnovativ media” jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə “Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib.
sumqayitxeber.com xəbər verir ki, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən “Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə “Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur.
Filmin qəhrəmanı olan sumqayıtlı qazi Azər Məmmədov Aprel döyüşləri zamanı əsgərlərin inamından, uğurlarından danışmaqla yanaşı, özünün necə qazi olmasından və döyüşdən sonrakı həyatından da bəhs edib.
Qeyd edək ki, təqdimatın başlanğıcında filmi birlikdə ərsəyə gətirən layihə rəhbəri Aynur Nəsirova və gənc jurnalistlər Loğman Kamranlı, Hicranə İsmayılova filmin ideyasının necə yaranması, çəkiliş prosesi haqqında jurnalistika fakültəsinin müəllim-tələbə heyətinə və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrinə məlumat veriblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın