Menu
Geri İrəli

Günün videosu – şərikli çörək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur

suriyaBu videolent vətəndaş müharibəsi dəhşətinin yaşandığı, insanların çörək imtahanına çəkildiyi Suriyada çəkilib.

Görüntülərdə 5-6 yaşlı müharibə cocuqlarıdır – səfalət, ehtiyac içində olduqları aydın görünür. Onlar bir tikə çörəyə belə möhtacdırlar.
Amma onların içində biri var ki, bir tikə çörəyini 4 yerə bölür, növbəylə məhəllə dostlarına paylayır, ədaləti təmin edərək, heç kəsin daha böyük tikə qoparmasına yol vermir, axırda özü də dişdəm alır.
O nə qədər insaflı, ürəyiyumşaq, mehriban bir qızdır.
Adamın yadına öz köhnə (1941-45) müharibəmizin azyaşlı uşaqlarının kinosu – “Şərikli çörək” düşür. O filmdə də balaca Vaqif itmiş talonunu tapandan sonra kecikməylə olsa da aldığı çörəyi məhəllə dostları ilə sonuncu tikəsinə qədər bölür.
Çox ürəkağrıdıcı mənzərədir. Müharibə gerçəkdən də iyrənc, müdhiş, amansız şeydir. Belə mənzərələri görəndə başqa cür düşünmək mümkün deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın