Menu
Geri İrəli

İlham Zəkiyev Murovda (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2015 • Baxış sayı: 554 dəfə • Şərh yoxdur

11755776_10204309317165381_4146675902582500561_nİlk Avropa Oyunlarının qəhraman qalibi, paralimiyaçı İlham Zəkiyev Birinci Qarabağ müharibəsində döyüşdüyü Murovdağa gedib.

Murovdağ İlham Zəkiyev üçün yaddaşından silinməyəcək nöqtədir. Çünki o işıqlı dünyaya gözlərini məhz burada gedən döyüşdə bağlamışdı. Amma İlhamın içində olan mərdlik, həyat eşqi və qəhrəmanlıq insanlığa göstərdi ki, fiziki qüsurlu olmaqla həyata məğlub olmaq olmaz.

Qəhrəman döyüşçü və idmançı ANS PRESS-ə açıqlamasında səfərinin bu gün də davam edəcəyini deyib. “Mənə Müdafiə Nazirliyindən, onların səlahiyyətində olan hərbi hissələri gəzib əsgərlərin əhval- ruhiyyəsini artıracaq çıxışlar etməyim barədə təklif gəldi. Məndə bunu böyük bir qürurla qəbul etdim.

Bu gün biz Goranboyun Tapqaraqoyunlu kəndində olacağıq. “Daha sonra biz, Ağdam, Beyləqana gedəcəyik. Son səfərimiz isə yaralandığım Füzulinin Aşağı Əbdürrəhmanlı kəndinə olacaq. Lazım gəlsə mən bu gün belə gedib Serj Sarkisyanın boğazından tutub onu Azərbaycana gətirərəm” deyə, İlham Zəkiyev bildirib.

İlham Zəkiyev Murovdağda

Kəşfiyyatçı əsgər, iradə gücü və həyatsevərliyi ilə bir çoxlarına nümunə ola biləcək paralimpiyaçı, çempion İlham Zəkiyev hərbçilərlə görüşə Şəmkirdəki hərbi hissədən başlayıb. Burada əsgər və zabitlər onu böyük maraqla qarşılayıb. Şəmkirdəki hərbi hissədən sonra İ.Zəkiyev görüşlərini Murovdağ silsiləsi boyunca xidmət edən əsgərlərlə davam etdirib.

Hər bir hərbi post və məntəqədə dayanıb əsgərlərlə görüşən paralimpiyaçı onların xidmətləri ilə maraqlanıb. İlham Zəkiyev sonuncu dəfə silahı 16 il əvvəl əlinə aldığını desə də, görmədən avtomatı söküb-yığmaqla hamını heyrətləndirməyi bacarıb.

İlham Zəkiyev I Avropa Oyunları zamanı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın