Menu
Geri İrəli

Məhərrəm Seyidov haqqında sənədli film

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur

Meherrem Seyidov“Amasiyadan olan unudulmuş qəhrəman” qısa sənədli film çəkilib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində 741 saylı hərbi birləşmənin komandiri Məhərrəm Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film hazırlanıb. Bu təşkilatdan KİV-ə verilən məlumatda öz əksini tapıb. Film 20 il sonra üzə çıxan videokadrlar əsasında çəkilib. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.
Filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları fonunda dünya ictimaiyyətinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə töhfə verməkdir. Çəkilişlər zamanı İTV və ANS-in videokadrlarından, həmçinin fotorepatyorların saytında yerləşən materiallarından da istifadə olunub və yaxın günlərdə müxtəlif telekanallarda yayımlanması nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın