Menu
Geri İrəli

“Nasosnu” yoxsa “Hacı Zeynalabdin” qəsəbəsi? – SUMQAYITDAN VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda qədim adı ilə tanınan iki məhşur yaşayış yerlərindən biri də hamımızın “Nasosnu” kimi tanıdığı qəsəbədir. Haqqında danışdığımız məkan şəhər mərkəzindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Corat kimi “Nasosnu”nun da qədim tarixi var. Qəsəbə ərazisində ilk yaşayış məskəni “Təkə qumu” deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olub.

Neft maqnatı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini və Sumqayıtın bir hissəsini su ilə təmin edir. Həmin yerin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək Hacı Zeynalabdin Tağıyevin adı ilə “Hacı Zeynalabdin” adlandırılıb. Qəsəbə ərazisində Tağıyevin adını daşıyan parka, eləcə də bulağa rast gəlmək olar. Hazırda qəsəbədə 40 minə yaxın əhali var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın