Menu
Geri İrəli

“Oazis”də ad gün keçirənlər yeni kadrlar yayaraq mediadan yardım istədilər – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2014 • Baxış sayı: 1,056 dəfə • Şərh yoxdur
291034_33192“Oazis” restoranında baş verən dava ilə bağlı mediada yeni görüntülər yayımlanıb. AzadXeber.net-in verdiyi məlumata görə, video görüntü mediada yayılan kadrlardakı restoran işçiləri tərəfindən döyüldüyü görünən Zaur Əskərovun yaxınları tərəfində yayımlanıb.  Videonu yayanlar bundan öncə hadisə ilə bağlı videoreportaj hazırlayan media orqanlarını qərəzli olmaqda və restoran rəhbərliyinin tərəfini tutmaqda ittiham ediblər.
Sosial şəbəkdə yayımlanan müraciətin mətnini sizlər təqdim edirik.
“Biz orada 10 içkili kişi olmamışıq. Əslində ailə üzvlərimizlə birlikdə olmuşuq. Bizi sözun əsl mənasında təklədilər və tapdaladılar. Mediadan xahiş edirik ki, informasiyanı hazırlayanda obyektivliyi nəzərə alsınlar.
Bəzi ailə şəkillərini məlum məsələlərə görə paylaşa bilmirik. Amma lazım olan vaxt təqdim edə bilərik. Videoada Zaur Əsgərovun sonda yerə yıxılmasını diqqət etməyiniz xahiş edirik. Bu anda yanında olan bacımızı necə itələdiklərinə fikir verin. Digər kadrda Ravid Abdullayevin də də yerdə özünü itirmiş halda uzanıb. Emil Tumasov da həmçinin Ravidin yanında sürünür.” Xəyal Şükür

Facebook Şərhləndirmə:

Şərhinizi yazın