Menu
Geri İrəli

Sərkisyandan İlham Əliyevə gözlənilməz salam – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 376 dəfə • Şərh yoxdur

Bu gün Vilnüsdə Şərq Tərəfdaşlığı ölkələrinin sammiti zamanı gözlənilməz hadisə baş verib.

Sammit iştirakçıları protokola əsasən xatirə şəkli şəkdirməyə toplaşanda Ermənistan prezident Serj Sərkisyan artıq cərgədə öz yerini tutmuş Azərbaycan prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla salamlaşıb. Daha sonra Sərkisyan sırada öz yerini tutub.

Videokadrlardan da görünür ki, Sərkisyan yalnız Əliyevlə salamlaşıb. Belə görünür ki, o, digər sammit iştirakçıları ilə əvvəlcədən görüşübmüş və Azərbaycan prezidenti ilə ilk dəfə xatirə şəkli çəkilərkən qarşılaşırmış.

Lakin Ermənistan prezidentinin bu salamının xüsusi jest olduğu da istisna deyil. Hər halda kadrlardan görünür ki, Ermənistan prezidentinin ona yaxınlaşaraq əllə görüşməsi İlham Əliyev üçün də bir qədər gözlənilməz olub, ancaq Azərbaycan prezidenti salama təbəssümlə cavab verib.

Bu detal Ermənistan və Azərbaycan prezidentləri arasında üç ilə yaxın fasilədən sonra Vyanada baş tutmuş təkbətək danışıqlardan sonra dövlət başçılarının şəxsi münasibətlərində də nisbətən istiləşmə baş verdiyinə dəlalət edə bilər. Əvvəllər Azərbaycan prezidenti sammit və toplantılarda Ermənistan prezidentindən uzaq durmağa çalışırdı, yaxud sifətlərdəki soyuq ifadə dəyişmirdi.

aliyev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın