Menu
Geri İrəli

Saçaxlı pendir belə hazırlanır – İYRƏNCLİK!

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2014 • Baxış sayı: 1,629 dəfə • Şərh yoxdur

sacaqli pendirŞəkidə  pendir istehsal edən sex  gigiyenik qaydalara riayət etmədiyi və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlandığı üçün fəaliyyəti dayandırılıb. APA TV-nin   məlumatına görə,  Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən rayonun Qoxmux kəndi ərazisində yerləşən, fiziki şəxs Vüsal Məməş oğlu Məmmədova məxsus pendir istehsal edən sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Aparılmış yoxlama zamanı  pendir sexində gigiyenik qaydalara riayət olunmaması və istehsal üçün uyğun olmayan antisanitar vəziyyət aşkarlanıb. Yoxlama zamanı sexdə aşkar olunmuş bu və digər nöqsanlarla bağlı iradnamə Vüsal Məmmədova təqdim olunub, sexin fəaliyyəti dayandırılıb. Müfəttişlər tərəfindən yoxlamanın nəticələrinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib.  Şəki Ərazi İdarəsinin rəisi Qorxmaz Zakirov  APA TV-yə  bildirib ki, istehlakçıların keyfiyyətli məhsullarla təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görülür, lakin elə sahibkarlar var ki, çirkin əməllərindən əl çəkmirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın