Menu
Geri İrəli

“Söyürlər, sakit dururuq” – Sumqayıtdan VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2017 • Baxış sayı: 3,442 dəfə • Şərh yoxdur
Mirzakir Əmirov düz 30 ildir ki, təcili tibbi yardım stansiyasında sürücü vəzifəsində çalışır. Deyir ki, təcili yardım xidmətində işləmək çox təhlükəli, ağır, mürəkkəb, eyni zamanda çox maraqlı peşədir. Mirzakir Əmirovun bir nömrəli məqsədi həkim personalını təyin olunan məntəqəyə vaxtında çatdırmaqdır. O, yollardakı süni əngəllərdən də söz açdı. Kərim Əliyev də sürücüdür. O, isə bəzi məhəllələrdə düzgün park edilməyən avtomobillərdən, budanmayan ağaclardan və təbii ki, qanunsuz olaraq qoyulan şlaqbaunlardan narazıdır. Sadalanan bu faktlar çox vaxt onların mənzilbaşına vaxtında çatmasına mane olur.
Maraq üçün bildirək ki, qanunvericiliyə əsasən təcili tibbi yardım maşınlarına yol verməyən sürücünu 100 manat cərimə və 3 bal gözləyir. Ancaq bu qanunun tətbiqiylə bağlı müəyyən problemlər var. İyirmi beş ilə yaxındır ki, biliyini və əməyini bu sahəyə həsr edən stansiyanın çağırışçı-həkimi Kamal Rzayev düşünürkü, bütün bu və digər problemlər tezliklə öz həllini tapacaq.
Onun sözlərinə görə, təcili tibbi yardım sahəsində çalışan şəxs güclü savadı olmalıdır. Çünki onlar 5-10 dəqiqə içərisində xəstəyə düzgün diaqnoz qoyaraq vaxtında yardım göstərməlidilər. Gəlin onların bu çətin və məsuliyyətli işlərində maneə yaradanlardan deyil, kömək edənlərdən olaq. Unutmayaq ki, qırmızı və ya göy sayrışan işığı olan maşınlardakı şəxslər yaralı və ya xəstə insanlara şəfa vermək üçün tələsirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın