Menu
Geri İrəli

Sumqayıt bulvarında “cadu tapıldı”: “Nərgiz Mikayılın məhəbbəti olsun”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 739 dəfə • Şərh yoxdur
Share Button

1507030715_59d24f8996a93_caduBir tərəfdə iynə batırılmış soğan və kartof, digər tərəfdə isə şəkillərlə bərabər bağlı rəngbərəng qıfıllar. Oğlanın şəklinin üstündə şam yandırılıb, qızın şəklinin arxasında və əlavə bir kağızda isə həm ərəb, həm də kiril hərfləri ilə bəzi qeydlər yazılıb.
sumqayitxeber.com-un xezerxeber.az-a istinadən məlumatına görə, Sumqayıt bulvarında tapılan belə bir “cadu” kimlərisə ayırmaq üçün deyil, iki gənci qovuşdurmaq üçün edilib. Yazıların çoxunda “Nərgiz Mikayılın məhəbbəti olsun” deyə cümlələr qeyd edilib.

Sumqayıt şəhər sakini Təmkin Kərimov bu “cadu”nu dəniz kənarındakı restoranın yaxınlığında tapıb. Gənc oğlan cadunu tapan kimi əvvəlcə onu lentə alıb, sonra isə yandıraraq məhv edib.

Adətən kimləri isə ayırmağa, ailəsinə bədbəxtlik gətirməyə və digər bu kimi mənfi məqsədlərə hesablanan “cadu”nun bu dəfə xoş niyyətə köklənməsinə də vətəndaşların münasibəti pisdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın