Menu
Geri İrəli

Sumqayıt sakini icra başçısından kömək istəyir -VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2015 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur

images-cms-image-000000818Sumqayıt şəhər 18-ci mikrorayonda yaşayan Adil Piriyev çətin şəraiti, dolanışıq yerinin olmaması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına müraciət edib. O qeyd edib ki, təkbaşına 7 baş ailəni saxlayır, özü 2-ci qrup əlildir və üstəlik ondan başqa evində 4 əlil var. Onların 2-si uşaqdır. Əlavə edib ki, ailəsinin yeganə dolanışıq yeri sahib olduğu 8 kvadratmetrlik bir dükan idi, o dükan da xeyli müddətdir fəaliyyətsizdir. Çünki maddi imkanı yoxdur, onu səliqəyə salsın, ətrafını abadlaşdırsın, müəyyən qədər də genişləndirsin. Bu məqsədlə o, bir neçə dəfə şəhər bələdiyyəsi və şəhər İcra Hakimiyyətinə məktublar yollayıb. Müvafiq qurumlıar da onu yönləndirib Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə. Oradan isə bir kömək yoxdur. Nə eşidən var, nə də dəstək olan.

Adil Piriyev  şəhər icra başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib.

Sumqayıt TV

Facebook Şərhləndirmə:

Şərhinizi yazın