Menu
Geri İrəli

Sumqayıtda 22 yaşlı qız itkin düşdü – Ata qızını axtarır -VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2017 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur
Share Button

1503862276_59a2d754b9566_vlcsnap-2017-08-27-18h30m26s116Sumqayıtda 22 yaşlı qız itgin düşüb. Atası ilə birgə Sumqayıt şəhərinin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada yaşayan Əfsanə Əsədovadan 5 gündür xəbər yoxdur.
Səfər Əsədov böyüdüb boya – başa çatdırdığı qızından 5 gündür xəbərsizdir.
Anası Əfsanəni Bələkdə olarkən atasına verib və evi tərk edib, o gündən Səfər Əsədov qızına həm ata olub, həm də ana. Fəhləliklə böyütdüyü qızı Əfsanə Əsədova isə 5 gündür atasının gözünü yolda qoyub:
Əlacsız qalan ata aidiyyatı qurumlardan kömək istəyir. Övladının tez bir zamanda tapılması üçün o hər gün müraciət etdiyi Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə maraqlandığını deyir. Lakin hələ ki heç bir müsbət cavab ala bilmir. Qızın yoxa çıxması qonşuları da narahat edir:

Məsələ ilə bağlı, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən məlumat verdilər ki. 22 yaşlı Əfsanə Əsədovanın tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın