Menu
Geri İrəli

Sumqayıtda fəaliyyət göstərən Kabel Zavodu regionun ən iri kabel istehsalçılarındandır – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2017 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

stpSumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri kabel istehsalçılarındandır. 2009-cu ildə fəaliyyətə başlayan müəssisə Avropa istehsalı olanən yeni avadanlıqlarla təchiz olunub.İstehsal prosesində istifadə olunan yüksək keyfiyyətli xammal və materiallar da Avropanın qabaqcıl ölkələrindən idxal olunur.

Hazırda müəssisədə 500 kV-a qədər orta və yüksək gərginlikli güc kabellərinin, alçaq gərginlikli, əyrici və burucu (hava xəttləri üçün naqillərin istehsalı sexi), telefon və LAN kabellərinin istehsalı sexləri fəaliyyət göstərir.

Elektrik veriliş xətləri üçün en kəsiyi 1250 mm2-a qədər müxtəlif göstəricili naqil hazırlayan və burucu (hava xətləri üçün naqillərin istehsalı) sexi 2012-ci ildə istismara verilib. Həmin sexdə MDB ölkələrində analoqu olmayan 91 naqilədək unikal burma və 1,3 – 4,5 mm ölçülərdə iki girişli əyirmə avadanlıqları quraşdırılmışdır. Sexin istehsal gücü gün ərzində 80 ton elektrik veriliş xətləri naqilidir.

Yüksək gərginlikli (35-500 kV) güc kabellərinin istehsalı sexində nəyinki MDB-də, yaxın xarici ölkələrdə analoqu olmayan 125 metr hündürlüyündə iki şaquli xətt quraşdırılıb və istismara verilib.

Bu istehsal sahəsində həmçinin 10, 20, 30, 50, 100, 200, 300, 400 və daha çox çütlü telefon kabelləri, müxtəlif növ fiber – optik, LAN və koaksial kabellər istehsal edilir. İstehsal prosində yalnız dərin təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər iştirak edir. Hazırda müəssisədə 10 min çeşiddən artıq yanmayan, yanğına dayanıqlı, zəif tüstü və qaz ayıran, halogensiz və s. kabel və naqil istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Bu zavodda istehsal olunan bütün kabellər sınaq labaratoriyalarında ən son beynəlxalq standartlara cavab verən metodlarla yoxlanılır. Labaratoriya avadanlığı alçaq, yüksək və 500 kV-a qədər çox yüksək gərginlikli kabellərin yoxlanılması üçün istifadə olunur.

 STP-nin gələcəyin müəssisəsi adlandırılan Kabel zavodu steril təmizliyi ilə seçilir. Müəssisənin istehsal xətləri və prosesləri müvafiq audit və keyfiyyət yoxlamalarından keçmiş və ISO 9001:2008, OHSAS 18000:2007 sertifikatları ilə təltif edilmişdir.

2012-ci ilin dekabr ayında Kabel zavodu “İnterkabel” Beynəlxalq Assosiasiyasına qəbul edilmişdir. Hazırda zavod AZS, ГОСТ, Avropanın VDE, İEC beynəlxalq standartlarına və TS Türk standartlarının tələblərinə cavab verən məhsullar istehsal etmək qabiliyyətinə malikdir.

Kabel zavodunun istehsal gücü 1 (bir) il ərzində 120 min ton təşkil edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın