Menu
Geri İrəli

Sumqayıtda kütləvi dava

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2014 • Baxış sayı: 1,106 dəfə • Şərh yoxdur

davaSumqayıtda kütləvi dava baş vermişdir.

Təqribən 20 nəfər arasında baş vermiş davada iki şəxs ağır xəsarət almışdır.

Sumqayıt Şəhər Polis İdarəsindən AzərTAc-a bildirmişlər ki, gecə saatlarında baş vermiş hadisə ilə bağlı həbs edilənlər vardır.

Bildirilir ki, Bakı-Quba avtomagistralının Sumqayıtdan keçən hissəsində yol kənarında “Kral” adı altında fəaliyyət göstərən kafedə mübahisə düşmüşdür. Dava kafe sahibləri ilə müştərilər arasında olmuşdur.

Hadisəyə əsas səbəb müştərilərin xeyli vaxt kafedə oturmaları və digər qonaqlara yer vərməmələri göstərilir. Mübahisə iki qrup arasında əlbəyaxa davaya çevrilmişdir. Nəticədə iki nəfər ağır xəsarətlər almışlar.

Yaralılar Astara rayon sakinləri 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyevdir. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılmışlar.

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, İlkin Quliyevin vəziyyəti ağır olduğundan o, dərhal Bakı şəhərinə göndərilmişdir. Qolu və ayağı sınan, bir neçə bıçaq xəsarətləri yetirilən Tural Bayramovun sözlərinə görə, kafe sahibləri onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava salmışlar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın