Menu
Geri İrəli

Sumqayıtda maşın sürənlərin nəzərinə: 100-dən çox sürücü saxlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 2,419 dəfə • Şərh yoxdur

1502438235_03359aDünən Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi xidmətinin əməkdaşları şəhər ərazisində reyd keçiriblər. Reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təyin olunmuş cərimələri və elektron protokollar üzrə ödəmələri etməyən sürücülər saxlanılıb.
Avtosfer.az xəbər verir ki, reyd zamanı sürücülük vəsiqəsi və müvafiq kateqoriyası olmadan avtomobil idarə edən, qanunsuz olaraq sərnişin daşıyan, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, qaydalara uyğun olmayan pərdə və plyonkalardan istifadə edən sürücülər aşkar edilib.
Ümumilikdə reyd zamanı 100-dən çox sürücü saxlanılıb. Onlardan 70-ə yaxını barəsində müvafiq qaydada protokol tərtib edilib. Protokol tərtib edilən sürücülərdən 20-si kobud qayda pozuntusuna yol verib. Daha 20 sürücünün avotomobili hərəkətdən uzaqlaşdırılaraq cərimə meydançasına aparılıb.
Həmçinin sürücülər arasında müxtəlif proflaktik söhbətlər aparılıb. Onlar qanunun tələblərinə riyaət etməyə və qaydaları pozmamağa çağrılıb.
Qeyd edək ki, bu cür reydlər mütamadi olaraq keçirilir və bundan sonra da davam edəcəkdir.
Avtosfer.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın