Menu
Geri İrəli

Sumqayıtda quraşdırılan parkomatların qiyməti paytaxtla müqayisədə xeyli aşağıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2017 • Baxış sayı: 680 dəfə • Şərh yoxdur

parkomatSumqayıt şəhərində nəqliyyatın hərəkətində intensivliyi təmin etmək üçün atılan addımlardan biri də yeni parkomatların quraşdırılmasıdır. Bundan sonra şəhərin layihəyə uyğun olaraq yalnız müəyyən olunmuş ərazilərdə avtomobillərin bir cərgə üzrə dayanmasına icazə veriləcək.

İnterAz xəbər verir ki, layihəyə uyğun olaraq parkomatlar ilk olaraq daha çox ehtiyac olan yerlərdə quraşdırılır.

Parkomatlarda qiymətlər isə bir saat üçün 30 qəpik, iki saat üçün 60 qəpik, 4 saatadək 90 qəpik, 4 saatdan 8 saatdək isə 1 manatdır. Sumqayıt şəhərində yeni quraşdırılan parkomatlarda ödənişi nağd və plastik kartlarla etmək mümkündür.

Sürücülər isə parkomatların quraşdırılmasını məqsədəuyğun hesab edirlər.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin müxtəlif yerlərində parkomatların quraşdırılacağı davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın