Menu
Geri İrəli

Sumqayıtda saza vurulan amerikalı gənc – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2014 • Baxış sayı: 680 dəfə • 1 şərh

amerikali genc“Mən saza vuruldum”.

“Aşıq Tim” ləqəbi ilə tanınan amerikalı gənc Azərbaycan Aşıq sənətinin, sazının vurğunudur.

Oxu.Az xəbər verir ki, Tim Mcnaught hazırda Harvard Universitetində təhsil alır. Amerikalı aşıq “Amerikanın səsi” kanalında yayımlanan “Amerikana” verilişinə müsahibə verib. Onun sözlərinə görə, ilk dəfə Azərbaycana 2009-cu ildə gəlib:

“Biz təlim keçmək üçün gəlmişdik. Bir dəfə Sumqayıt məktəbində tədbirdə oldum. Orada, uşaqlar tar, kaman, balaban, piano və s. ifa edirdilər. Sonra bir oğlan səhnəyə gəldi və mahnı oxudu. Mən o zamana qədər heç vaxt saz görməmişdim. Onun səsi çox xoşuma gəldi, mən saza vuruldum. Bu konsertdən sonra mən özümə saz almağa qərar verdim. Masazırda yaşadığım ailə və qonşular mənə Azərbaycan mahnılarını öyrətdilər. Sonra oradakı azərbaycanlı dayım mənə aşıq papağı hədiyyə etdi. Ondan sonra mən Aşıq Tim oldum”.

O, Azərbaycana heyran olduğunu da deyib.

Facebook Şərhləndirmə:

“Sumqayıtda saza vurulan amerikalı gənc – VİDEO” yazısına bir cavab

  1. Rəhman Orxan deyir:

    Yaşa, halal olsun, aşıq Tim! Dədə Qorqudumuzun sazının bu gün Amerikada, Harvard Universitetində də səslənməsinə çox sevindim və qürur duydum. Allah qoysa, bu qədim və ecazkar musiqi alətimiz bütün dünyanı fəth edəcək. İngilis aşığımız da olacaq, alman, fransız, yapon, çinli aşığımız da! “Amerikanın səsi”nə eşq olsun ki, Azərbaycanı Amerikada bu cür yaxşı təbliğ edir! Amerikada Azərbaycanın bu cür dostlarının daha çox olmasına çalışmaq lazımdır və zəruridir. Müəllifə də dərin təşəkkürlər!

Şərhinizi yazın