Menu
Geri İrəli

Sumqayıtda yaşayış binalarının bir addımlığındakı təhlükə – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2015 • Baxış sayı: 724 dəfə • Şərh yoxdur

1448814819_20_bigPaytaxtda olduğu kimi Sumqayıtda da yaşayış binalarının bir addımlığında yerləşən yanacaqdoldurma məntəqələri təhlükə mənbəyi olaraq qalır. Bu obyektlərin sahibləri biznes maraqlarına görə sakinlərin həyatını təhlükə altına qoyur. Orada baş verə biləcək hər hansi bir hadisə, partlayış və ya yanğın birbaşa ətrafda olan yaşayış binalarına təsir edə bilər.

Yanğın təhlükəsi ilə yanaşı, Sumqayıtdakı bu obyektlərdən biri – bəlkə də ən böyüyü sözün birbaşa mənasında şəhər sakinlərinin yolunda böyük bir maneədir. Söhbət Heydər parkla 5-ci mikrorayonun arasında – düz yolun ortasında yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən gedir. Uzun illərdir ki, bu məntəqə yolu o baş bu başa keçmək istəyən piyadalar üçün böyük maneəyə çevrilib. Amma bu problemə əlac qılan tapılmır ki, tapılmır. Əslində, o yanacaqdoldurma məntəqəsinin orada tikilməsi şəhərsalma qaydalarına da tam zidd olub, çünki iki yolun arasında – şəhərin mərkəzində – insanların sıx gediş gəlişinin arasında bu obyektin mövcudluğu böyük bir səddir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın