Menu
Geri İrəli

Sumqayıtın almaniyalı qardaşı – VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2017 • Baxış sayı: 516 dəfə • Şərh yoxdur
Share Button
ludviqsSumqayıt hələ sovetlər dövründən bir neçə ölkənin şəhərləri ilə qardaşlaşıb.  
Azərbaycan müstəqillik qazandıqdan sonra bu şəhərlərin sayı artmaqla yanaşı, dostluq əlaqələri də genişlənib. Belə əlaqələrdən biri 1977-ci ildə Almaniyanın Lüdviqshafen şəhəri ilə qurulub. Şəhər sakinləri arasında alman parkı kimi tanınan Lüdviqshafen istirahət parkı da bu münasibətlərin qurulmasının 20 illiyi münasibətilə 1997-ci ildə salınıb. Lüdviqshafendə isə küçələrdən birinə Sumqayıtın adı verilib. İki şəhərin qardaşlaşmasından öncə məktəblər arasında ilkin əlaqələr qurulub, şagird mübadiləsi aparılıb.
52 il alman dili müəllimi işləyən və Sumqayıt Almandilli Müəllimlər Birliyinin sədri olan Leyla Qasımzadə həmin illəri belə xatırlayır. 2002-ci ilin may ayında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Sumqayıt və Lüdviqshafen şəhərləri arasında razılaşma imzalanıb və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə bir neçə layihələr həyata keçirilib.
Bu il Sumqayıtla Lüdviqshafenin qardaşlaşmasının 40 ili tamam olur. Bununla bağlı may ayında bir sıra tədbirlərin həyata keçiriləcəyi planlaşdırılır. Sumqayıt yalnız Lüdviqshafenlə deyil, dünyanın 11 ölkəsinin 13 şəhəri ilə dostluq əlaqələri qurub. Rustavidə Sumqayıt metallurqları, Sumqayıtda Rustavi küçəsi, Sumqayıtda “Cerkasi” küçəsi, Çerkasidə trolleybuslar şütüyən “Sumqayıt” küçəsi var.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın