Menu
Geri İrəli

Sumqayıtın televiziyası haqqında sorğu-VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2012 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

SUAL: Sumqayıtın televiziyasına sonuncu dəfə nə vaxt baxmısız?

“Gələcək” İctimai Birliyi Sumqayıtda regional televiziya olan “Dünya” TV ilə bağlı ictimai vəkillik kampaniyası aparır.

Azərbaycanda bir neçə regional televiziya var və onlar sürətlə inkişaf etməkdədir. İstər görüntü, istər qrafiki, istərsə də texniki təchizat baxımından Sumqayıt regional televiziyası olan “Dünya” TV digər regional televiziyalardan geridə qalır. Dünya” Müstəqil Televiziya və Radio Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmıs, 1999-cu ilin noyabrından fəaliyyətə baslamısdır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bollugunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin genis təbliginə nail olmaq olsada, bununla bağlı kanal ciddi problemlər yaşamaqdadır. Bu regional televiziyanın dunyatv.az saytına baxanda da hiss olunur. Birliyin bu kampaniyanı keçirtməkdə məqsədi kanal üzərində ictimai qınağı yaratmaq və ictimai rəy əsasında kanalın inkişaf etməsinə töhfə verməkdir. Kompaniya bir neçə mərhələdən ibarət olacaq. İlk olaraq Sumqayıt sakinlərinin yerli televiziyaya olan münasibətini, həmçnin, kanalın nə dərəcədə baxımlı olduğunu müəyyənləşdirmək üçün ictimai anket və video sorğular həyata keçirtmək olacaq. Ardınca insanların regional televizyada daha çox nəyi görmək istədikləriylə bağlı ictimai rəy müəyyənlədiriləcək. Sonda təkliflər hazırlanaraq insanların imzasıyla kanalın rəhbərliyinə göndəriləcək. Nəzərdə tutulan bütün fəaliyyətlər və ümumən məqsəd barəsində “Dünya” TV rəhbərliyinə məlumat xarakterli məktub da göndəriləcəl. Biz bu kampaniyada yerli icra orqanları və televiziya rəhbərliyi ilə əməkdaşlıq etməkdə maraqlıyıq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın