Menu
Geri İrəli

Tahir Mirkişili Milli Məclisdə saxta profillərdən danışdı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2016 • Baxış sayı: 607 dəfə • Şərh yoxdur

“Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4%-ə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var”.

Bu barədə millət vəkili Tahir Mirkişili Milli Məclisdə çıxış edib. sumqayitxeber.com millət vəkilinin çıxışını təqdim edir:

 

“Bir neçə gün öncə ABŞ-da birinci xanım Mişel Obamanı təhqir etdiyinə görə şəhərin meri işdən azad olunub. Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 euro ya qədər cərimə ilə cəzalandırılır. Ancaq, cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəktlərdən çəkindirməkdir. Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüqunu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir.

Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunu tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm bir mədəniyyət göstəricisidir”.

Xatırladaq ki, baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın