Menu
Geri İrəli

VİDEO: Protokol gəlmədən maşına həbs qoyuldu – DÜZGÜNDÜR?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 839 dəfə • Şərh yoxdur

protokol21Cərimə protokolu evinə gəlmədən yol polisi elə yoldaca avtomobilini saxlayaraq cərimə meydançasına aparıb. Bunu sürücülərdən biri “Xəzər Xəbər”ə açıqlamasında deyib. Ekspertlər isə bu addımın qanunvericiliyə zidd olduğunu bildirirlər.

Cərimə protokolları evinə gəlmədiyi halda yol polisi tərəfindən avtomobili cərimə meydançasına aparılıb. Sürücü Novruz Ağayev iddia edir ki, cərimə barədə ona heç bir xəbərdarlıq edilməyib.

Uzun illərdir eyni ünvanda yaşadığını deyən Novruz Ağayevin sözlərinə görə, protokolların göndərilməsində ünvan probleminin yaranması mümkün deyil. Nəqliyyat eksperti Ərşad Hüseynov isə bildirir ki, cərimə protokolları adresə gəlmədən avtomobili hansısa radara görə və ya adi cəriməyə görə cərimə meydançasına aparmaq olmaz.

Mütəxəssisin sözlərinə görə, yol polisi yalnız radara düşmüş sürücü ilə bağlı qanunda nəzərdə tutulmuş bütün prosedurlar başa çatdıqdan sonra onun avtomobili cərimə meydançasına aparıla bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın