Menu
Geri İrəli

Xalqları sülhə çağıran rəmzi abidə – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2017 • Baxış sayı: 664 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtın əsas rəmzlərindən sayılan “Sülh göyərçini” abidəsi 1978-ci ildə dənizkənarı parkda ucaldılıb. Heykəlin ətrafından şəhərin və dənizin gözəl mənzərəsini seyr etmək mümkündür. Onun müəllifləri 45 illik təcrübəyə malik monimentalist rəssam, əməkdar incəsənət xadimi Vaqif  Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.

Abidə bütün xalqları sülhə çağırışın bir növ simvoludur. Məhz sənaye şəhəri kimi formalaşan Sumqayıtda müxtəlif millətlərin nümayəndələri yaşayıb, onların dostluq şəhərində birgə əməyi və mehribanlığını tərənnüm etmək üçün ucaldılıb. Müəllif deyir ki,  abidənin dünyada analoqu yoxdur.

“Sülh göyərçini” öz əsrarəngiz gözəlliyi ilə sakinləri də özünə cəlb edir. Hazırda onun yerləşdiyi Nəsimi parkı insanların görüş məkanına çevrilib.  Sumqayıt şəhərinin rəmzi hesab olunan “Sülh göyərçini” abidəsi  2008 və 2013-cü illərdə  rekonstruksiya edilib. İllər keçəcək,  şəhərin siması dəyişsə də “Sülh göyərçini” nəsillərdən nəsillərə ötürüləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın