Menu
Geri İrəli

Yanğını səslə söndürən cihaz ixtira olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2015 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

alovMətbəxdə bir anda ocağın üzərindəki tavanın alov aldığını düşünün. Bu texnika o tavandakı alovları subwoofer-la (dərin bas dinamiki) söndürməyə malikdir.

Bu texnikanı Seth Robertson və Viet Tran adlı iki tələbə sınaqdan keçirib. İkili bu icadlarının yanğın söndürmə sahəsində böyük bir inqilab yaradacağını düşünür. Xüsusilə də evlərdə istifadə ediləcək bu texnika bir çox yanğının böyümədən söndürüləcəyini düşünürlər. Söndürücü səs dalğası yayaraq oksigenin yerini dəyişdirir və beləliklə alovlar oksigensiz qalaraq boğulur və sönür.

Hələki bu texnikanı daşımaq bir qədər çətinlik yaradır, lakin qısa müddətdə bu problemin aradan qaldırılması nəzərdə tutulub. Çatışmayan cəhətlərindən biri isə cihazın yalnız kiçik yanğınları söndürmək xüsusiyyətinə malik olmasıdır.

Tələbələr bildirib ki, əsas məqsədləri bu texnikadan istifadə edərək daha böyük yanğınları söndürən bir cihaz yaratmaqdır

Facebook Şərhləndirmə:

Şərhinizi yazın