Menu
Geri İrəli

Zabratdakı dəhşətli qəzanın ŞOK VİDEO-su

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2014 • Baxış sayı: 914 dəfə • Şərh yoxdur
Share Button

e3e4f8Xəbər verdiyimiz kimi, mayın 29-da Bakıda dəhşətli yol qəzası baş verib. Qəza Sabunçu-Maştağa yolunun Zabrat qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İki “Merdeces” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir. Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Avtosfer.az saytı həmin qəzanın dəhşətli videosunu əldə edib. Fərahim İlqaroğlunun facebookda paylaşdığı həmin videoda hadisənin bir göz qırpımında baş verdiyi və üç avtomobilin bir anda parça-parça olduğu əksini tapıb. «Mersedes» isə aşaraq bir neçə metr kənara düşüb. Videoya diqqətlə baxdıqda aydın olur ki, elə həmin aşan «Mersedes» kobud qayda pozuntusuna yol verərək qoşa xəttin tələbini pozub sola dönməyə çalışır. Özü də avtomobillərin hərəkətinin sıx və sürətli olduğu bir vaxtda bu addımı atan sürücü ağır qəzanın baş verməsinə səbəb olur. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın