Vurğun Hüseynov “Sumqayıt”la 2 illik müqavilə imzaladı

907

“Sumqayıt” Futbol Klubu 2013/14 mövsümü üçün transfer çalışmalarına start verib. Stadium.az xəbər verir ki, komanda son olaraq, “Qəbələ”də çıxış edən milli komandamızın üzvü Vurğun Hüseynovu heyətinə qatıb. 25 yaşlı futbolçu “Sumqayıt”la ikiillik müqaviləyə imza atıb. Hüseynovun ilkin fikirləri belə olub:

“Sumqayıt” Futbol Klubu ilə ikiillik müqavilə imzaladım. Bunun üçün çox şadam. Klubda görülən işlərlə tanış olduqdan sonra müqavilə imzalamağa qərar verdim. Burada gənclərə böyük önəm verirlər. Son dövrlər “Sumqayıt” Futbol Klubu milli komandalara kifayət qədər futbolçu verib. İnşallah özümü yaxşı tərəfdən göstərin əvvəlki formamı bərpa edib yenidən A milli komandanın formasını geyinərəm”.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər