Xalq şairi Vahid Əziz: “SDU-nun məzunları yüksək səviyyəli mütəxəssislər kimi dəyərləndirilirlər”

623

SDU 60

“Bu il Sumqayıt Dövlət Universitetinin 60 yaşı tamam olur. Sumqayıt mənə çox doğma şəhərdir. Uzaq gəncliyimin bir neçə ili Sumqayıtda keçib, ilk şerlərimi orda yazmışam. 60 illik yubiley munasibəti ilə Sumqayıt Dövlət Universitetinin rektoru, hörmətli professorumuz Elxan Hüseynovu, müəllim heyətini, tələbələri, məzunları təbrik edirəm”.

Bu fikirləri mətbuata “sumqayitxeber.com”-a açıqlamasında Xalq şairi Vahid Əziz bildirib. 

Xalq şairi Vahid Əziz qeyd edib ki, Sumqayıt Dövlət Universitetinin məzunları sırasında çoxlu elm adamları var, müxtəlif sahələrdə çalışan insanlar var: “Onlar yüksək səviyyəli mütəxəssislər kimi dəyərləndirilirlər. Bu, ilk növbədə Sumqayıt Dövlət Universitetində təhsilə, elmə yüksək məsuliyyətlə yanaşıldığının göstəricisidir. Ötən il Zəfər Günü ilə bağlı mənim “Param-parça illər” adlı şerlər kitabım çap olundu. Sumqayıt Dövlət Universitetində mənimlə möhətəşəm bir görüş keçirildi. Hörmətli rektor, professor Elxan Hüseynovun özü də tədbirdə iştirak etdi, çıxış etdi. Mən Universitetin rektoru Elxan müəllimi təxminən 45 il öncə tanıyırdım. O vaxt mən Bakı şəhər partiya komitəsində, Elxan müəllim isə Bakı şəhər komsomol komitəsində yüksək vəzifədə çalışırdı. Qismət elə gətirdi ki, təxminən 45 ildən sonra biz Universitetdə görüşdük. Onun sadəliyi, insanpərvərliyi məhz universitetin bugünkü sağlam kollektivinin daha da möhkəm zəmində formalaşmasına kömək edir, şərait yaradır.

Bu gün Sumqayıt Dövlət Universiteti təbii ki, yüksək təhsil, birilik vermək qabliyyəti ilə örnəkdir. Mən çox xoşbəxtəm ki, belə bir təhsil ocağında, ömrümün 77-ci ilində belə bir görüşdə iştirak elədim. Gözəl insanları tanıdım, tanığım insanlardan səmimiyyət gördüm. Bir daha universitetin kollektivini təbrik edirəm və arzu edirəm: Universitetin daha böyük yaşlyarını qeyd edin və Azərbaycan təhsilində bayraqdar olun!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər