Xamis Məmmədovun ölümü ilə bağlı YENİ DETAL ÜZƏ ÇIXDI – RƏSMİ

1840

İdmançı Xamis Məmmədovun ölüm səbəbi bəlli olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, idmançının ölümünə səbəb ağciyərlərin tromboemboliyasıdır.

“İdmançı Xamis Məmmədov yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov yanvarın 26-da dünyasını dəyişib. Yaxınları meyidin tibbi ekspertizaya göndərilməsinə etiraz edib. Bu səbəbdən yanlız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”- deyə məlumatda qeyd edilir.

İdmançının qripdən öldüyü barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Xamis Məmmədov yeganə azərbaycanlı idmançıdır ki, Həbib Nurməhəmməovu məğlub edib. Həmin döyüş 2007-ci ildə baş tutub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər