Menu
Geri İrəli

«Azərikimya» İstehsalat Birliyinin baş direktoru təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 May 2010 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

Bu postu Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev tutacaq

Muxtar-BabayevAzərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Muxtar Babayev ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin baş direktoru təyin edilib.

Bu barədə «APA-ECONOMICS»ə ARDNŞ-dan məlumat verilib.

M.Babayev ARDNŞ-in ekologiya məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad olunub.

Qeyd edək ki, aprelin 28-də ARDNŞ-in «Azərikimya» Istehsalat Birliyinin strukturu müəyyən edilib. ARDNŞ prezidenti Rövnəq Abdullayevin imzaladığı sənədə əsasən, hüquqi şəxs kimi fəaliyyətinə xitam verilmiş «Azərikimya» Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodu, Üzvi Sintez Zavodu, Sumqayıt Mexaniki-Təmir Zavodu və «Azərikimya» Dövlət Layihə İnstitutunun maddi-texniki bazasında müvafiq olaraq «Azərikimya» İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi «Səthi Aktiv Maddələr», «Üzvi Sintez», «Mexaniki Təmir» zavodları və «Kimyaelmitədqiqatlayihə» İnstitutu yaradılıb.

«Sintezkauçuk Zavodu» və «Etilen-Polietilen Zavodu»nun maddi-texniki bazasında «Etilen-Polietilen» zavodu, həmçinin Təmir-Tikinti İdarəsi, Nəqliyyat və Xüsusi Texnika və Anbar Təsərrüfatı idarələri yaradılıb.

LENT.AZ

Facebook Şərhləndirmə:

Şərhinizi yazın