Menu
Geri İrəli

«Kimyaçı» poliklinikasında ilk dəfə olaraq açıq göz əməliyyatı aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Avqust 2011 • Baxış sayı: 469 dəfə • 1 şərh

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin «Kimyaçı» poliklinikasında ilk dəfə olaraq açıq göz əməliyyatı aksiyası keçirilmişdir. Aksiyada “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi və Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev iştirak etmişdir.
Əməliyyat öncəsi Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev «Kimyaçı» poliklinikasına yeni baş həkim təyin olunmuş Ramiz Quliyevi personala təqdim etmiş, ona kimyaçıların sağlamlığı keşiyində dayanmaq istiqamətində görəcəyi işlərdə uğurlar arzulamışdır.
Qeyd edək ki, «Kimyaçı» poliklinikası 3 ay öncə “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində yaradılmış və əsaslı təmirdən sonra 6 minə yaxın kimyaçının xidmətinə verilmişdir. İkimərtəbəli binanın ikincici mərtəbəsi bütövlükdə, birinci mərtəbəsinin isə yarısı poliklinikaya ayrılmışdır. Binanın qalan hissəsində isə bir il bundan öncə istifadəyə verilmiş təcili tibbi yardım stansiyası yerləşir. Növbəli iş sistemi əsasında 30 həkim və 26 tibb bacısının çalışdığı poliklinikada Almaniya, Yaponiya və Rusiya istehsalı olan müasir tibbi avadanlıqla təchiz olunmuş əməliyyat və kardiologiya otaqları, skopiya və qrafiya rejimi üzrə işləyən rentgen kabineti, bütün növ analizlərin aparılması üçün hər cür şərait yaradılmış laboratoriya fəaliyyət göstərir. Bütün kabinələr mərkəzləşdirilmiş qaydada MNX tərəfindən ilkin yardım üçün zəruri dərman preparatları ilə təchiz edilmişdir.
İlk dəfə həyata keçirilən açıq göz əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasının Göz mərkəzinin rəhbəri Elşən Ibrahimovun rəhbərliyi və «Kimyaçı» poliklinikasının cərrah-oftolmoloqu, tibb elmləri namizədi Nəsimi Orucovun iştirakı ilə xüsusi briqada tərəfindən ambulator şəraitdə yerinə yetirilmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev aksiyaya dəvət olunmuş mətbuat nümayəndələri ilə söhbətində bildirmişdir ki, gələcəkdə bu və ya digər əməliyyatların da «Kimyaçı» poliklinikasında keçirilməsinə nail olacağıq ki, nəticədə kimyaçıların əziyyət çəkib mərkəzə gəlmələrinə ehtiyac qalmasın. Bunun üçün MNX-da xüsusi kurslar təşkil olunacaq və «Kimyaçı» poliklinikasının müvafiq həkimləri bu kurslarda iştirak edəcəklər.
Hər üç əməliyyat uğurla başa çatmış, posientlər normal qaydada evlərinə yola salınmışlar.

Facebook Şərhləndirmə:

“«Kimyaçı» poliklinikasında ilk dəfə olaraq açıq göz əməliyyatı aksiyası keçirilib” yazısına bir cavab

  1. lamie deyir:

    Mende bu poliklinikada işleyirem.Bizim üçün cox böyuk ferehdirki
    poliklinikamizda ilk defe olaraq goz emeliyyatlari keçirildi.İnşallah bu emeliyyatlarin sayini çoxalar.

Şərhinizi yazın