Menu
Geri İrəli

«Namizədliyimi Sumqayıt şəhərindəki dairlərin birindən verəcəyəm»

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Avqust 2009 • Baxış sayı: 280 dəfə • Şərh yoxdur
Share Button

KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müxaliftədali münasibətlərdən danışmışıq. Partiya sədri deyir ki, parlament seçkilərinə qatılacaq, bunun üçün artıq iş də aparılır. O, da hesab edir ki, «Siyasi partiyalar haqqında» qanun dəyişməlidir. Maraqlıdır, bu təklif YAP-dan gəlib. O zaman M.Mirəlioğlunun fikirləri YAP-la üst-üstəmi düşür? Bu barədə onun özü izahat verib.

- DUİ-də bələdiyyə seçkilərində iştirakla əlaqədar yaranan fikir ayrılığı hansı səbəblərdən qaynaqlanır?

- Mətbuatda bu barədə kifayət qədər açıqlamalar səslənib. Bu məsələdə fikri ayrı olan dostlarımızın söylədiklərindən başqa heç nə demirəm. Əgər əlavə nəsə öyrənmək istəyirsinizsə, həm Əhməd Oruc, həm də Pənah Hüseynə müraciət edə bilərsiniz.

- Siz nə üçün bu barədə danışmaq istəmirsiniz?

- Ona görə ki, onların söylədiklərindən artıq heç nə deməyəcəm. Həm də bunu nə oxucularınıza, nə də özüm üçün doğru saymıram. Yəni deyilmiş fikirləri təkrarlamağa ehtiyac görmürəm.

- Ümumiyyətlə, DUİ seçkilərdə iştiraka qərarlıdırmı?

- Bəli, inşaallah iştirak edəcəyik.

- 2010-cu il parlament seçkilərində 42 saylı Sumqayıt seçki dairəsindən namizədliyinizi irəli sürəcəyinizlə bağlı məlumat var. Əgər əvvəlki seçkilərdə həmin dairədən mandat qazanmağa mane oldularsa, yenidən iştiraka səbəb nədir?

- Əvvəla, konkret dairəni yox, şəhəri müəyyənləşdirmişik. Yəni Sumqayıt dairələrindən namizədyimi irəli sürəcəyim şəksizdir, çünki bu şəhərdə işləmişik. Siz də, biz də bu şəhəri pis tanımırıq. Çünki Sumqayıtın sakinləriyik.

- Elə bu səbəbə görə Sumqayıta üz tutursunuz?

- Yox. Ümumiyyətlə, son üç seçkidə müxtəlif yerlərdən namizədimi irəli sürmüşəm. Birinci dəfə Sumqayıt-Corat DSK-dan, ikinci dəfə proporsional sistem üzrə, üçüncü dəfə Əli-Bayramlıdan, son seçkidə Abşeron-Sumqayıt və təkrar seçkidə isə 42 saylı dairədən seçkiyə qatılmışam. Söhbət işləməkdən və düzgün Seçki Qərargahının olmasından gedir. Güclü yerli şöbələrimizin olduğu istənilən yerdə namizədliyi irəli sürmək olar.

- O zaman belə çıxır ki, bətn seçkidə yaxşı işləmədiyinizə görə mandat almadınız?

- Xeyr. 2005-ci il seçkilərində Ruşayla başda olmaqla MDB-nin Müşahidə Qurupu və MSK həqiqi nəticələri tanımadılar. Yəni öz istədikləri nəticələri elan etdilər.

- Son bir neçə gündə «Siyasi partiyalar haqqında qanun»a dəyişikliklərlə bağlı təkliflər yenqidən gündəmə gəlib. YAP-çı deputat Səyavuş Novruzov bildirib ki, partiya 60 dairədən 100 nəfərin üzvülüyünü təsdiqləməlidir, və ən azı 5 min nəfər üzvü olmalıdır. Sizin bu kimi təkliflərə münasibətiniz necədir və partiyanızın buna gücü çatacaqmı?

- Biz bu və ya digər məsələlərin həllini problemsiz hesab edirik. Deyilən sözlər sadəcə bir təklifdir. Gücümüzün çatmağına gəlincə, 125 dairədən də 125 namizəd irəli sürə bilərik. Məsələyə real baxmaq lazımdır, yəni YAP hakimiyyətdə olmasa bir nəfər belə namizəd irəli sürə bilməz. Çünki onlar etimadı «yeyib» qurtarıb.

- Söhbət bir nəfərdən yox, 60 dairənin hər birindən 100 nəfərdən gedir…

- Vallah, oxucular da, Səyavuş Novaruzov da inciməsin, bu, onun siyasətdəki gedişlərinə oxşayan təklifdir. Ümumiyyətlə isə «Siyasi partiyalar haqqında qanun» indiki hakimiyyətin dövründə qəbul edilsə, YAP-nın boyuna biçiləcək. Bu da Səyavuş Novruzovun açıqlamasına uyğun gəlməyəcək. Sənəddə hələ çox təkliflər olacaq.

- Nə mənada?

- Xoşagəlməz mənada. Yəqin ki, hakim partiya Avropa Şurasının və Venessiya Komissiyasının rəyini nəzərə alarlar. Hər şey YAP-nın dediyi kimi də olmaz.

- Bu gün Azərbaycana partiyaların inteqrasiyana ehtiyac varmı, o mənada ki, ölkədə həddən artıq çox partiya var?!

- Uzun müddətdir bu barədə biz də fikirlərimizi səsləndiririk. Ümumiyyətlə, Azərbaycan siyasi mühütində «Siyasi partiyalar haqqında qanun» yeni atmosfer yarada bilər. Qanunun necə olacağını kimsə deyə bilməz, amma qanun mütləq nəsə yaradacaq. Hər halda qanun partiyaların təmərgüzləşməsinə də təsir göstərəcək, bütün partiyalar yenidən qeydiyyatdan keçməyəcək. Beləliklə, partiyaların sayı, fəaliyyəti, ictimai-siyasi həyata təsir gücü nəzərə alınacaq.

- Bəs KXCP-nin bu mərhələdən keçmək ehtimalı varmı?

- Dediklərimin heç birini özümüz üçün problem saymıram.

- Nəyə arxayınsınız?

- Gücümüzə, sosial bazamıza, tərcümeyi-halımıza və hesabladığımız bütün strateji məsələlərə.

- Yəqin ki, razılaşarsınız, Azərbaycanda xırda partiyaların təmərgüzləşməsi və çıxdaş olunması üçün bir azad seçkiyə ehtiyac var?

- Böyük mənada birinci yerdə azad seçki dayanır. Sonra «Siyasi partiyalar haqqında qanun» gəlir. Mövcud qanun 17 il əvvəl qəbul olunub. Bu günün isə fərqli reallıqları var və partiyaların sayının 50-dən artıq olması heç kəsə mane də olmur. Amma güclü təsirə də malik deyillər. Azad seçki çox önəmli məsələdir. Azad seçkinin keçirməkdən ötrü YAP-nın tarixdə ən böyük xidməti bu olar ki, «Siyasi partiyalar haqqında qanun» qəbul ediləndən sonra təmərgüzləşmə gedər və hakim partiyanı da tarixin arxivinə göndərər.

- Siyasi proseslərə təsir etməyən partiyalardan söz düşmüşkən, əgər təmsil olunduğunuz DUİ-də belələri varsa, bu qurum bir partiyaya çevrilə bilməzmi?

- Bilirsiniz, hər şeyin bir zamana ehtiyacı var. DUİ-dəki partiyaların hamısı qeydiyyatdan keçib və qanunlara əsasən bu qüvvələrin fəaliyyət göstərmək imkanları var. Biz onları imkansız hesab etmirik.

- Axı bu partiyaların siyasi həyatda elə bir təsir gücü də yoxdur…

- Sizə elə gələ bilər. Axı sizin özünüzün, qəzetinizin və hamımızın haqqında elə şey deyə bilərlər. Azərbaycan bir cəmiyyət kimi bütün mənalarda çox zəifdir. Olmasaydı bu zəifliklər lider dövlət haqqında deyilənlər real olardı. Məgər lider dövlət deməklə lider oluruq? Lider dövlətin bu günkü sərhədlərinin yeri bilinmir, lider dövlətin ərazisinin 20 faizi yoxdur, lider dövlətin iqtisadiyyatı korrupsiya və inhisarçılıq bataqlığındadır və ən əsası lider dövlət mənəvi deqradasiya bəlasına düçar olub. Bütün bunları sadalayıb düşməni özümüzə güldürmək istəməyib deyə bəzi məsələlərə toxunmuruq.

- Nə üçün DUİ-nin Dağlıq Qarabağla keçirdiyi tədbirlərə iri partiyaların liderləri qatılmır?

- Dediyiniz kimi onlar özlərini çox iri saydıqlarınra görə qatılmırlar. Amma bir sıra hallarda həmin partiyaların birinci şəxsləri olmasa da, digər yetkililəri təmsil olunublar. Əslində o partiyaların liderlərinin tədbirlərimizə qatılmaması bizə yox, Qarabağa münasibətdir.

Natiq CAVADLI
“Bizim yol” qəzeti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın