Menu
Geri İrəli

«Paşa-Həyat» Sığorta Şirkəti kimya müəssisələrində əməyin təhlükəsizliyi ilə bağlı apardığı auditin nəticələrini açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2011 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Bu günlərdə «Azərikimya» İB-nin akt zalında Birliyin müəssisələri ilə «Paşa-Həyat» Sığorta Şirkəti arasında bu ilin mart ayında imzalan­mış sığorta müqavilələri çərçivəsində «Sağ­­lam­lıq, əməyin mühafizəsi və təhlükəsizliyi» mövzusunda aparılmış auditin nəticə­lərinin təqdimatı və müzakirəsi keçirilmişdir.

Diqqətəlayiq haldır ki, tərəflər yalnız rəsmi sığorta proseduru ilə kifayətlənməyərək, kimya müəssisələrində çalışan hər bir əməkçinin həyatının və sağlamlığının qorunması məqsədilə istehsalat sahələrində iş yerlərinin mövcud standartlara uyğun,  texniki təhlükəsizlik tələb­lərinə əməl olunmaqla qurulması üçün təhlükənin törənmə ehtimalı olan sahələrdə qarşılıqlı razı­laş­ma əsasında vaxtaşırı auditlərin keçirilməsini planlaşdırmışlar.

«Azərikimya» İB-nin akt zalında «Paşa-Həyat» Sığorta Şirkəti tərəfindən kimya müəssisə­lərində təhlükə risqlərinin azaldılması məq­sədilə «Azəkimya» mütəxəssislərinin iştirakı ilə  keçirilmiş auditlərin nəticələri olaraq slayd və video-çəkilişlər nümayiş etdirilmiş, tərəflər ara­sında qarşılıqlı anlaşma şəraitində müvafiq müzakirələr, birgə təhlil-araşdırmalar aparıl­mışdır.

Birlik rəhbərliyinin və müəssisələrin əməyin mühafizəsi üzrə mütəxəssis­lə­rinin müzakirələrə fəallıqla qoşulduğu tədbirdə səslənən təkliflər də yalnız  bir məqsədə – hər bir kimya­çının sağlamlığının maksimum qorunmasına, onların h­ə­ya­tının təh­lükəsizliyinin təmin olun­masına yönəlmişdir.

«Azərikimya» İB üçün mühüm bir mərhələ – Etilen-polietilen zavodunun əsaslı təmiri ərə­fəsində keçirilən tədbirin praktik əhəmiyyət daşıdığı qeyd olunmuş və gələcəkdə də vaxtaşırı olaraq auditlərin keçirilməsi və onların nəticələrinin birgə müzakirəsi məqsədəuyğun hesab edilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın