Menu
Geri İrəli

Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2013 • Baxış sayı: 547 dəfə • Şərh yoxdur
Share Button

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Sumqayıt şəhərinin Tarixi muzeyində (Heydər Əliyev prospekti, 4-cü mikrorayon) Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Mədəniyyət və Turizm Naziriyindən SİA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev oktyabrın 4-ü saat 11:00-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

1. Sumqayıt şəhər mədəniyyət və turizm şöbəsi Namiq Qaffarov (018) 654-46-51 (050) 216-21-17

2. Abşeron rayon mədəniyyət və turizm şöbəsi İlham Manafov (012) 342-11-32 (050) 314-89-86

3. Xızı rayon mədəniyyət və turizm şöbəsi Zakir Şıxəliyev (02331) 5-03-45 (050) 685-05-70

4. Qubadlı rayon mədəniyyət və turizm şöbəsi Telman Cəfərov (018) 644-52-24 (050) 684-04-37

5. Zəngilan rayon mədəniyyət və turizm şöbəsi Mehman Nəsirov (012) 341-40-20 (012) 341-40-21 (050) 635-98-82

6. Şuşa rayon mədəniyyət və turizm şöbəsi Zahid Abbasov (012) 514-09-05 (050) 221-30-09

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın