Menu
Geri İrəli

Ədliyyə naziri Sumqayıta gələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2013 • Baxış sayı: 152 dəfə • Şərh yoxdur

fikretAzərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən oktyabrın 3-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Sumqayıt şəhərində, Abşeron, Qobustan, Xızı rayonlarında yaşayan vətəndaşların, habelə Şuşa və Qubadlı rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Sumqayıt Şəhərinin Tarixi Muzeyində (ünvan: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 4-cü mikrorayon) keçiriləcək.

Vətəndaşlar Sumqayıt regional ədliyyə şöbəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/11; əlaqə telefonları: (01865) 4-50-91; (01865) 5-18-42; (01865) 5-57-45), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılmışdır. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın