Menu
Geri İrəli

Ədliyyə Nazirliyi müsabiqə elan etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2011 • Baxış sayı: 353 dəfə • 1 şərh

Vakant vəzifələr əsasən icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir

Ədliyyə orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə növbəti açıq müsabiqə elan edilib.

Lent.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, , hazırkı müsabiqə üzrə vakant vəzifələr əsasən icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər. Sənədlər 2011-ci il yanvar ayının 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcək. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra Müsabiqə Komissiyası tərəfindən əlavə məlumat veriləcək.

Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyəti məsələlərlə bağlı nazirliyin internet səhifəsindən, eləcə də 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar.

Qeyd edək ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb (Bakı şəhəri, Bülbül prospekti 2) xidmətlərinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Facebook Şərhləndirmə:

“Ədliyyə Nazirliyi müsabiqə elan etdi” yazısına bir cavab

  1. Nuriyye deyir:

    Azerbaycanda genclere $erait yoxdur. Men dovlet kolleclerinden birini ferqlenme diplomu ile bitirmi$em. Ixtisasca huquq i$leri uzre kicik mutexessisem. 2 ilden artiq mehkemelerin birinde i$lemi$em.Cox teessuf ki,$tatsiz i$ci olmu$am.$tatsiz i$lemeyime sebeb ise kollec bitirmeyimdir. Etrafima baxiram ali tehsil alib da savadi olmayanlar pul gucune mehkemelerde muxtelif vezife sahibleridir. Edliyye Nazirliyinin te$kil etdiyi imtahanlarda sirf ali tehsilli olmadigim ucun i$tirak ede bilmirem.Sizce bu haqsizliq deyilmi? Biliyime o qeder cox guvenirem ki,eminem eger mene ve menim kimi kollec bitiren telebelere de imtahanlarda i$tirak etme $ansi yaratsalar ali mekteb bitiren mezunlari geride qoyariq.

Şərhinizi yazın