Menu
Geri İrəli

Əli Əhmədovun deputat mandatı əlindən alınacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2013 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

Milli Məclisdə boş deputat yerlərinin sayı üçə çatır.

“Media forum” saytı bildirir ki, oktyabrın 22-dək parlamentdə iki deputat yeri boş olub. Prezident İlham Əliyevin deputat Əli Əhmədovu baş nazirin müavini təyin etməsi parlament üzvlərinin sayını bir nəfər də azaldır, Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verməlidir. Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz. Beləliklə, 19 saylı Nərimanov seçki dairəsi deputatsız qalacaq.

Hazırda 34 saylı Xətai və 110 saylı Zaqatala seçki dairələrindən deputat yoxdur. 34 saylı dairədən deputat Gülər Əhmədova 2012-ci ilin oktyabrında mandatından imtina edib. 110 saylı dairədən deputat Hikmət Atayev isə 2013-cü ilin martında avtomobil qəzasında həlak olub.

Həm Gülər Əhmədova, həm Hikmət Atayev parlamentdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edirdilər. Əli Əhmədov da hakim Yeni Azərbaycan Partiyasının deputatıdır.

2010-cu il noyabrın 7-də seçilmiş Milli Məclisdə hazırda Yeni Azərbaycan Partiyası 69 deputatla təmsil olunur. Əli Əhmədovun deputatlığına xitam veriləndə onların sayı 68-ə düşəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın