Menu
Geri İrəli

Əlil arabasına məhkum insanları unutmaq haqqımız varmı?

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur

Bu gün respublikamızda geniş miqyaslı quruculuq və infrostruktur layihələri reallaşdırılmaqdadır. Xüsusi və təyinatlı fondlardan maliyyələşdirilən bu layihələr Azərbaycan Respublikasının prezidenti , cənab İlham Əliyevin yürütdüyü daxili quruculuq proqramlarının və islahatlarının tərkib hissəsidir.

Bütün bu quruculuq marofonunun mərkəzində insan faktoru durur və sonuc olaraq Azərbaycanımızın şəhər və kəndlərində yeni infrastruktur qurğularının, təhsil ocaqlarının, sağlamlıq və bərpa ocaqlarının, idman və əyləncə mərkəzlərinin, park və yaşıllıq zolaqlarının və digər stroteji və ictimai inşaat obyektlərinin tikilməsi ilə cəmiyyətin sağlam ruhda perspektiv inkişaf xətti hədəflənmişdir. Bütün bunlar göz oxşayır və insanlarımızda pozitiv əhval-ruhiyyə yaradır.

Məmnuniyyətlə hamı sevinir yazmaq istərdim, amma bu nə dərəcədə doğru səslənmiş olardı? Görən, bu cəmiyyətin ayrılmaz hissəsi olan əli və fiziki imkanları məhdud həmvətənlərimizdəmi bizim qədər sevinir, boş vaxtlarını yeni salınmış parklarda səmərəli keçirir və ya yeni nailiyyətlərdən bəhrələnə bilirlərmi?

Təəssüf hissiylə deməliyəm ki, bütün bu gözəlliklərdən bizim bu günkü qayğısız həyatımız naminə əskər olaraq sağlamlıqlarını fəda etmiş və ümumi səbəblərdən sağlamlıqlarını itirərək əlil arabalarına məhkum əlil vətəndaşlarımızı biz , cəmiyyət olaraq, haqsız yerə unutmuşuq. Bu xoş günümüzün səbəbkarı olan əlil kolyaskasında məhkum əlillərimizin sevinc haqqını, yaşamaq haqqını, sərbəst hərəkət edib , bu gözəllikləri bizlərlə bərabər paylaşmaq haqqlarını əllərindən almışıq.

Demək olar ki, bütün ictimai yerlərdə, inzibati binalarda, park və istirahət yerlərində, küçə və xiyabanlarda əlil arabasında olan insanlarımızın sərbəst hərəkətini təmin etməli olan pandus, elevator, asonsor liftlər və hətta adi təbii ehtiyaclarını qarşılamaları üçün zəruri uyğunlaşdırılmış tualetlər belə yoxdur.

Mirzə Məhəmmədvəliyev

Mövzu ilə bağlı nümunələr :

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın