Menu
Geri İrəli

“Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2013 • Baxış sayı: 344 dəfə • Şərh yoxdur

Müasir_Təhsil_və_Tədrisə_Yardım_Mərkəzi_(loqo)asir Təhsil və Tədrisə Yardım Mərkəzi 3 Dekabr Beynəlxalq əlilliyi olan insanlar gününə həsr olunmuş silsilə tədbirlər keçirəcək

Bakı və Sumqayıt şəhərlərində noyabr ayı ərzində əlilliyi olan insanlar gününə həsr olunmuş “Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” adlı silsilə tədbirlər həyata keçiriləcək. Tədbirlər Sumqayıt şəhərində 11 nömrəli, Bakıda 153 nömrəli inklüziv təhsil proqramını həyata keçirən orta məktəbləri əhatə edəcəkdir.

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram üzrə direktoru Elmina Kazımzadə bildirib ki, layihənin əsas məqsədi adı çəkilən məktəblərlə media nümayəndələri arasında əməkdaşlığın yaradılması, cəmiyyətə inklüziv təhsil, əlillik məsələlərini daha yaxından çatdırmaqdır. Tədbirlər film nümayişi, debat və müzakirələr, interaktiv mühazirələrdən ibarət olacaq, həmçinin, inklüziv təhsil çərçivəsində əlilliyi olan insanların təhsil və sosial problemlərinə toxunulacaqdır. Sözü gedən tədbirlərin keçirilməsində gənc jurnalistlər öz təşəbbüslərini irəli sürmüşlər. Jurnalistlərlə yanaşı, tədbirlərdə qonaq qismində psixoloq və fotoqraflar da iştirak edəcək, öz təcrübələrini məktəb şagirdləri ilə bölüşəcəklər. Tədbirlər silsiləsi çərçivəsində hər məktəbdə ümumilikdə 4 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlərin keçirilməsi üçün Müasir Təhsil və Tədris Mərkəzinin hər şəhərdən iki nəfər olmaqla, 4 jurnalist əməkdaşı cəlb olunub. Jurnalistlər həm məktəbdə oxuyan xüsusi qayğıya ehtiyacı olan uşaqların şərait və təlim nailiyyətləri ilə tanış olacaq, həm də inklüziv təhsilin Azərbaycan məktəblərində tətbiqini geniş kütləyə və kütləvi informasiya vasitələrinə yayacaqlar.

Müasir Təhsil və Tədrisə Yardim Mərkəzi qeyri-hökmət təşkilatıdır və əsas məqsədi təcrübəli təhsil ekspertlərinə, təhsil müəssisələrinə, siyasətçilərə, müvəkkil qruplara və ümumi ictimaiyyətə Azərbaycanda təhsilin effektivliyini və keyfiyyətini inkişaf etdirmək istiqamətində kömək etməkdən ibarətdir.

Layihə Açıq Cəmiyyət Institutunun “Uşaqlara yardım üçün Qafqaz Şəbəkəsi” layihəsi tərəfindən dəstəklənir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın