Menu
Geri İrəli

Əlilliyi olan uşaqlarla bağlı silsilə tədbirlər sona çatdı – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2013 • Baxış sayı: 355 dəfə • Şərh yoxdur

CNC_LogoRəsmi statistikaya görə, hazırda ölkəmizdə 60 minə yaxın əlilliyi olan uşaq var. Azərbaycan Konstitusiyasının əlilliyi olan uşaqların təhsil hüququnu təmin etməsinə baxmayaraq, həmin uşaqların böyük əksəriyyəti təhsildən kənarda qalır. Bu cür problemlər qanunda olan boşluqlar və infrastrukturda olan çətinliklərdən irəli gəlir.logo-az

Qeyd olunan problemlərin Azərbaycanda geniş kütləyə çatdırılması üçün sosial inklüziya və əlillik məsələləri üzrə yüksək keyfiyyətli jurnalistikaya ehtiyac var. Uşaqlara Yardım üçün Qafqaz Şəbəkəsi, Açıq Cəmiyyət İnstitutu və “Transitions Online” bu sahədə jurnalistikanın inkişafına nail olmaq üçün Qafqaz regionu üzrə fəaliyyət göstərmişlər. Uşaqlara Yardım üçün Qafqaz Şəbəkəsinin əsas məqsədi Qafqaz regionundan olan bütün uşaqlara inklüziv təhsil almaq üçün eyni imkanlar yaratmaqdır.  3 dekabr Beynəlxalq Əlilliyi Olan İnsanlar Gününün yaxınlaşması isə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinə keçmiş və hazırkı layihələri, məktəb işçilərini, habelə siyasi qurum, QHT və media təmsilçilərini bir araya gətirmək üçün önəmli səbəb oldu. Uşaqlar üçün Qafqaz Şəbəkəsi “Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” adlı bir ay müddətində keçirilən layihə üçün Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinə dəstək oldu.

Noyabr ayı ərzində inklüziv təhsil proqramını həyata keçirən orta məktəblərdə – Sumqayıtda 11 nömrəli, Bakıda isə 153 nömrəli məktəblərdə keçirilən tədbirlərin məqsədi adı çəkilən məktəblərlə media nümayəndələri arasında əməkdaşlığın yaradılması, cəmiyyətə inklüziv təhsil, əlillik məsələlərini daha yaxından çatdırmaq idi.

Layihə çərçivəsində Sumqayıt şəhəri 11 nömrəli məktəbdə ötən ay ərzində ümumilikdə  4 tədbir keçirildi. İlk tədbirdə məktəbdə inklüziv təhsil alan şagirdlərin müxtəlif mövzularda çəkdiyi rəsmlərin sərgisi nümayiş etdirildi. Daha sonra xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların problemləri,  onların cəmiyyətə inteqrasiyası məsələləri barədə məlumat verildi, ölkəmizdə bu mövzuda həyata keçirilən layihələrdən, eləcə də  Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin bu istiqamətdəki fəaliyyətindən bəhs edildi.

Tədbirdə şəhər təhsil şöbəsinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt təşkilatının, ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin nümayəndələri,  ayrı-ayrı media orqanlarının əməkdaşları iştirak ediblər.Sonda inklüziv təhsil alan 38 şagirdə məktəbin və “Azərikimya” İB-nin hədiyyələri təqdim olunub.

İkinci tədbirdə isə Paralimpiya oyunları, bir neçə dünya və Avropa çempionatlarının qalibi İlham Zəkiyevlə məktəblilərin görüşü təşkil edilib. Görüşdə digər məktəblilərlə yanaşı, inklüziv təhsil alan şagirdlər da iştirak edib. Tədbirdə İlham Zəkiyev barədə qısa video çarx təqdim olunub. Ardınca isə idmançı şagirdlərin suallarını cavablandırıb.

Layihə çərçivəsində keçirilən üçüncü tədbirdə məktəblilərin esse yazma bacarıqları yoxlanılıb. 100-dən artıq şagirdin qatıldığı tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onlara münasibət və inklüziv təhsil mövzularında esselər yazılıb. Yazılar peşəkar jurnalistlər tərəfindən qiymətləndirilib, 30-a yaxın essedən seçmələr mətbuatda dərc edilib.

Layihə çərçivəsində 11 saylı məktəbdə keçirilən sonuncu tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, inklüziv təhsil mövzularında debat-müzakirə təşkil olunub. Şagirdlərin qruplar şəklində qatıldığı müzakirədə maraqlı fikirlər səsləndirilib, müxtəlif istiqamətlər üzrə polemikalar aparılıb.IMG_1454IMG_1444IMG_1453

IMG_1473Sumqayıt şəhərində Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin 3 dekabr Beynəlxalq Əlilliyi Olan İnsanlar Gününə həsr olunmuş “Əlillik mövzusunda məktəb əsaslı maarifləndirmə kampaniyası” adlı silsilə tədbirlər layihəsi 30 noyabr tarixində sona çatdı. Qeyd edək ki, bu təşəbbüs Açıq Cəmiyyət Institutunun “Uşaqlara Yardım üçün Qafqaz Şəbəkəsi” layihəsi tərəfindən dəstəklənir.

Əlaqəli şəxs: Eltac Muradlı (İctimai Əlaqələr üzrə Koordinator, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi)

Əlaqə nömrələri: (+99450) 4656301; (+99412) 498-6043

E-mail: emuradli@cie.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın